Məhkəmə qərarları › İş №3(007)-886/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-886/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-886/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X3, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 iştirakı ilə, X5, xx xxxxx 1957-ci ildə Zəngilan rayonu, Şayıflı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Zəngilan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 39 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, O.Kərimov küçəsi, 17A ünvanında məskunlaşmış Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə X6 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozduğuna görə barəsində xx.xx.2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx xxxxxx 2021-ci ildə X5 Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 göstərdi ki, xx.xx.2020-ci il tarixdə “Covid 19” pandemiyası dövründə karantin qaydalarını pozduğuna görə Nizami rayon DYPŞ əməkdaşları tərəfindən onun barəsində inzibati protokol tərtib edilmiş, qəbul edilmiş qərarla o, 100 manat məbləğində cərimə edilmişdir. Həmin gün, nazirliyin xidməti avtomaşını ilə olarkən, iş yoldaşları ilə birlikdə, Nizami DYPŞ əməkdaşları onları saxlamış və icazələri olmadığına görə barəsində protokol tərtib etmişdir. Lakin həmin dövrdə aparılmış islahatlarla əlaqədar onların işlədikləri Zəngilan rayon Məşğulluq Mərkəzi 5 saylı Ərazi Məşğulluq Mərkəzinə birləşdirilmiş və onlara arayış verilmişdir. O, bu barədə polis əməkdaşına bildirsə də, sonuncu onun bu sözlərinə məhəl qoymamışdır. X2 barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X4 qəbul etdiyi xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 saylı qərarının 1-ci bəndinə əsasən, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması qərara alınmışdır. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarının 1.2, 1.2.1 və 1.2.2-ci bəndlərinə əsasən, x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilmişdir: Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVİD-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin x xxxx 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilmişdir. İş materiallarında olan və qərardan şikayət vermiş şəxsin onun qeyd olunan tarixdə hərəkət etməsinə icazə verilməsinə sübut qismində məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, E.C.Sultanov Zəngilan rayon Məşğulluq Mərkəzi 5 saylı Ərazi Məşğulluq Mərkəzinə birləşdirilməsi ilə əlaqədar sonuncu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işə cəlb edilmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq qərardan şikayət vermiş şəxsin hərəkətinə icazə, arayış formasında deyil, şəxslərin barəsində məlumatların işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra verilməklə tənzimləndiyindən qeyd olunan arayış sübut qismində qəbul edilə bilməz. Bundan əlavə, qərardan şikayət vermiş şəxs tərəfindən onun barəsində məlumatların xx.xx.2020-ci il tarixdə işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməsi və bununla da onun hərəkətinə icazə verilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. X1 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Bununla da işdə olan qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X4 qəbul etdiyi xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar