Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-895/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, heç yerdə işləməyən, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 137 saylı evin 3 saylı mənzilində qeydiyyatda olan və yaşayan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında icraat materiallarından və Bakı Nizami Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(007)-1553/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs ilə X5 arasında Bakı Şəhəri Nizami Rayon VVADQ Şöbəsində 03 mart 2007-ci il tarixdə bağlanmış və 144 №-si ilə qeyd edilmiş nikah pozulması,nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 16 dekabr 2007- ci il təvəllüdlü X9 və 17 may 2011-ci il təvəllüdlü X6 anası X1 himayəsində saxlanılmaları,Şəxs 16 dekabr 2007-ci il təvəllüdlü X7 və 17 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19 mart 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qərara alınmışdır. İnzibati işdə olan 12 iyul 2019-cu il tarixli qərardan görünür ki, Nizami Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(007)-1553/2019 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 12.07.2019-cu il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş 12 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Nizami Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(007)-1553/2019 saylı icra sənədinə əsasən, Şəxs 10320 manatı X3 ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X8 izahatında göstərmişdir ki, Bakı Nizami Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(007)-1553/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs 16 dekabr 2007-ci il təvəllüdlü X7 və 17 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19 mart 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır.Həmin icra sənədi üzrə hal-hazırda Şəxs qalıq borcu 9320 manat təşkil edir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı Nizami Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(007)-1553/2019 saylı icra vərəqəsinə əsasən öhdəliyində olan borcunu ödəməkdən yayınmır, sadəcə olaraq heç bir yerdə işləmədiyindən maddi durumu ağırdır. Həmin borcdan 1000 manat ödəniş etmiş, borcundan qalan məbləğləri isə hər ay hissə-hissə ödəyəcəkdir. Odur ki, o barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşə əlavə olunmuş ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən X1 hesabına 1000 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədi üzrə tələbkara müəyyən məbləğdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 12 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-895/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-895/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver