Məhkəmə qərarları › İş №3(007)-900/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-900/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-900/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Bakı şəhər BPİ-nin DYPİ-nin polis leytenantı S.M.Seyidov tərəfindən qəbul edilmiş 13.04.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər BPİ-nin DYPİ-nin polis leytenantı S.M.Seyidov tərəfindən qəbul edilmiş 13.04.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 mart 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi **-ZT-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” markalı avtomobili Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində DYPİ-nin əməkdaşları saxlayaraq (**-YP-*** dövlət qeydiyyat nişanlı) avtomobilini duracağa yerləşdirmişdir. Avtomobilin duracağa yerləşdirilməsinə səbəb kimi avtomobildə konstruksiya dəyişikliyi aparılması göstərilmiş və barəsində İXP4535917 saylı protokol tərtib edilərək AR İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. İdarə etdiyi avtomobildə heç bir konstruktik dəyişiklik aparılmamış, heç bir avadanlıq dəyişdirilməmişdir. Bu faktı şifahi olaraq DYPİ-nin əməkdaşına bildirsə də dediklərinə məhəl qoymamış, qanunsuz olaraq barəsində protokol tərtib etmişdir. Bundan sonra öz şəxsi vəsaiti hesabına avtomobili DYPİ-nin əməkdaşının iştirakı ilə "xxxx" MMC-də yoxlamadan keçirmiş və avtomobildə heç bir konstruktik dəyişiklik aparılmamasına dair arayış əldə etdikdən sonra avtomobili duracaqdan buraxılsa da inzibati xəta haqqında qərara xitam verilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər BPİ-nin DYPİ-nin polis leytenantı S.M.Seyidov tərəfindən qəbul edilmiş 13.04.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru, polis baş serjantı R.V.Vəliyev tərəfindən tərtib olunmuş 28.03.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Mikayıl Əliyev küçəsində 27 mart 2022-ci il tarixdə saat 09:28-də “Mercedes Benz C230 minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Bakı şəhər BPİ-nin DYPİ-nin polis leytenantı S.M.Seyidov tərəfindən qəbul edilmiş 13.04.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Bakı şəhəri, Mikayıl Əliyev küçəsində 27.03.2022-ci il tarixdə saat 09:28-də “Mercedes Benz C230 minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 normativ tələbləri pozmaqla avtomobilin avadanlığını dəyişdirməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 150 manat cərimə tənbeh növü tətbiq edilmişdir - "xxxx" MMC tərəfindən verilmiş 28.03.2022-ci il tarixli aktdan görünür ki, **-ZT-*** dövlət qeydiyyat nişanlı BAN: WDB2020241F712224 “Mercedes Benz” minik markalı avtomobildə yerində servis nümayəndəsi tərəfindən baxış keçirilən zaman heç bir konstruksiya dəyişikliyi aşkar olunmamışdır. İnzibati qanunvericiliyin mənasına görə inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Belə ki, əməlin İXM-nin 342.2.2-ci maddəsi ilə tövsif edilməsi, həmin maddənin təsiri altına düşməsi üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələblər pozularaq, avadanlıq quraşdırılmalı və ya dəyişdirilmiş olmalıdır. Avadanlığın quraşdırılmasının və ya dəyişdirilməsinin müəyyən edilməsi isə texniki məsələdir və belə halda texnika sahəsində xüsusi bilik tələb edən məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası İXM-nin 70-ci maddəsinin tələbinə uyğun olaraq mütəxəssisin texniki rəyi alınmalıdır. Azərbaycan Respublikası İXMnin 76-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri və sair sübutlar götürülməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası İXM-nin 93 və 94-cü maddələrinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilməmiş, protokol tərtib edilməmiş, aşkar edilmiş sübut əhəmiyyətli əşya və ya predmetlərin götürülməsi təmin edilməmişdir. Bununla da, məhkəmə iclasında X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələbləri pozaraq, nəqliyyat vasitəsinə avadanlıq quraşdırması və ya avadanlığı dəyişdirməsi faktı sübuta yetirilmədi. İnzibati məsuliyyətə cəlb olunmuş X2 öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə Bakı şəhər BPİ-nin DYPİ-nin polis leytenantı S.M.Seyidov tərəfindən qəbul edilmiş 13.04.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu qənaətinə gəlmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, inzibati araşdırma zamanı digər pozuntularla yanaşı Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin müvafiq tələbləri pozularaq, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti, olduğu halda şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməmiş, protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmiş, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamış, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinin tələbləri pozularaq inzibati xətanın törədilməsi faktı 27.03.2022-ci il tarixdə aşkar edildikdən dərhal sonra deyil, 28.03.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati araşdırmanın aparılması, buna əsasların yaranması və araşdırma müddətinin müvafiq qaydada uzadılması barədə protokol və qərarda hər hansı qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin polis leytenantı S.M.Seyidov tərəfindən qəbul edilmiş 13.04.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ-nin DYPİ-nin polis leytenantı S.M.Seyidov tərəfindən qəbul edilmiş 13.04.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar