Məhkəmə qərarları › İş №3(007)-900/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-900/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-900/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi, X1 və qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı, qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində, özünə məxsus idarə etdiyi 90ZZ406 dövlət qeydiyyat nişanlı, Vaz 21723 minik markalı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində 99YP418 dövlət qeydiyyat nişanlıa avtomobillə Yol patrul xidməti baş inspektor, polis leytenantı Bahadır Aslanov tərəfindən saxlanılmış, saxlanılma səbəbini soruşduqda inspektor ilk öncə konstruksiya dəyişikliyi olduğu üçün avtomobilin duracağa yerləşdiriləcəyi bildirsə də, maşında konstruksiya dəyişikliyinin olmadığını bildirərərk 102 Çağrı mərkəzinə zəng etmiş və yol inspektorunun yalandan avtomobilini duracağa yerləşdirəcəyi barədə məlumat vermişdir. Bundan sonra Bahadır Aslanov avtomobildə kosnturksiya dəyişikliyinin olmadığını təsdiqləyərək avtomobilin ön işıqlarını yoxlayacağını bildirmiş, o da orada stasionar post olmadığını və ya reyd keçirilmədiyini, bu səbəbdən avtomobilin bu formada yoxlanmasına etiraz etmişdir. Onun bəzi sözlərindən sonra avtomobilin ön işıqlarını yandırmış, inspektor isə duman əleyhinə işıqların led işıqlar olduğunu və qadağan olduğunu, İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib olunaraq avtomobilin duracağa yerləşdiriləcəyini bildirmişdir. O isə etiraz edərək şikayət edəcəyini, işıqları dəyişəcəyini və işə getməli olduğunu bildirsə də, avtomobil duracağa yerləşdirilmişdir. Həmin avtomobilin istehsal ili 2013-cü ildir və 2018-ci ildə zavod tərəfindən avtomobilin istehsalı dayandırılmışdır. Avtomobildə duman əleyhinə işıqlarda H11 növlü lampalar çıxarılaraq H11 növlü Led işıqlarla əvəz edilmiş və xüsusi tənzimləyici aparatla tənzimləənmişdir. Orada heç bir kustar üsulla iş aparılmamışdır. Həmçinin yol patrul xidməti inspektorunun başqa səbəblə avtomobili saxlayaraq stasionar post olmadığı halda digər yerlərə baxış keçirməsi yanlışdır. Odur ki, barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş X2 çıxış edərək bildirdi ki, idarə etdiyi Vaz 21723 minik markalı avtomobilin istehsalı 2018-ci ildən etibarən dayanmışdır. Qeyd olunan səbəbdən, duman əleyhinə olan lampaların dəyişdirilməsinə ehtiyac yarandığından, o köhnə lampaları dəyişdirilib yeni led lampalarla əvəz edilmişdir. Belə ki, qeyd olunan avtomobilin zavod üsula ilə qoyulmuş lampaları da led olduğundan tərtib olunmuş protokol və qərar əsassızdır, çünki maşının konstruksiyasına hər hansı dəyişiklik edilmədiyini qeyd etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X6 çıxış edərək, X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X8 xx.xx.2023-cü il tarixdə saat 10:33 radələrində “VAZ 21723 minik” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında “nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə” yol-hərəkət qaydalarının pozulmasına görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin mühafizə olunana duracağa yerləşdirilməsi barədə Aktın surətindən görünür ki, X8 maşının ön faralarında olan led lampaların çıxarıb yenisi ilə əvəzləməsi barədə izahat vermişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “VAZ 21723” minik markalı avtomobillərin duman əleyhinə işıqlarının zavod üsulu ilə istehsal olunmuş versiyasında halogen tipli işıqlar nəzərdə tutulmuşdur. Beləliklə, şikayətçi tərəfindən avtomobilə led işıqların quraşdırılması normativ tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar