Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-903/2020 21.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri Babaşov Emin Söhbət oğlunun və X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamentindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamentindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-nin qənnadı fabrikinin istehsalat tullantıları (qənnadı tullantıları) dənizkənarı qamışlıq adlanan torpaq sahəsinə atılmışdır. Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamentinin aparıcı məsləhətçi müfəttişi R.M.Abdullayev tərəfindən xx.xx.2019-cu il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Babaşov Emin Söhbət oğlu izahat verərək bildirmişdir ki, aktda və protokolda qeyd edilmişdir ki, guya Şəxs MMC-nin ünvan 2 ünvanında fəaliyyət göstərən qənnadı fabrikində toplanmış tullantılar dənizkənarı qamışlıq adlanan torpaq sahəsinə boşaldılmışdır. Halbuki Şəxs MMC tərəfindən belə bir hala yol verilməmişdir. Belə ki, Şəxs MMC-nin ünvan 2 ünvanında fəaliyyət göstərən hüquqi adı “Əlvan” olan qənnadı fabriki yoxdur. Həmçinin Şəxs MMC-də Sahil adlı əməkdaş işləmir. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Departamentinin əməkdaşları tərəfindən ərazidə yoxlama keçirilib akt və protokol tərtib olunarkən Şəxs MMC-nin rəhbərliyinə heç bir məlumat verilməmiş, Sahil adlı şəxsin Şəxs MMC-də işləyibişləməməsi dəqiqləşdirilməmiş, yalnız “Kamaz” markalı, AZ**-KZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əraziyə tullantıları boşaltmış sürücü X3 izahatına əsaslanmaqla protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamentinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, 56055 nömrəli aktdan görünür ki, ünvan 3 ünvanında yaşayan X1 “yararsız qənnadı məmulatı tullantılarının əraziyə atılması nəticəsində heyvanların zəhərlənməsi” faktı barədə şikayət ərizəsi əsasında Bakı şəhəri Xəzər rayonu, ərazisində aparılmış araşdırma zamanı X4 məxsus olan AZ**-KZ-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobili ilə hüquqi ünvanı ünvan 4 olan (VÖEN **********) Şəxs MMC-nin ünvan 5 ünvanında fəaliyyət göstərən qənnadı fabrikindən istehsalat tullantılarını (qənnadı məmulatları) dənizkənarı qamışlıq adlanan torpaq sahəsinə boşaldılaraq qalaqlanması faktı müşahidə edilmiş, yük avtomobilinin sürücüsü yazılı izahat verərək tullantıların ünvan 5 ünvanında fəaliyyət göstərən qənnadı fabrikinə aid olduğunu bildirmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, həmin məişət tullantılarının daşınması üçün Şəxs MMC tərəfindən müqavilə təqdim edilsə də, emal yerlərinin müəyyənləşdirilməsinə dair müvafiq sənədlər təqdim olunmamışdır. - Bakı Apelyasiya Məhkəməsinin 3(103)-731/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün hakimə göndərilmişdir. Məhkəmə daxil olmuş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İnzibati xəta haqqında işin baxılması yerini tənzimləyən Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsində isə təsbit edilmişdir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta Bakı şəhəri Xəzər rayonu ərazisində törədilmişdir. Həmçinin iş materiallarından da göründüyü kimi hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta haqqında işin onun hüquqi ünvanının olduğu yer üzrə aparılması barədə vəsatət təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112 və 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-903/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-903/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver