Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-908/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 39, mənzil 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4874/2019 saylı, 23.09.2019-cu il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-780/2020 saylı, 06.03.2020-ci il tarixli icra sənədlərini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədlərini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru F.T.Şahhüseynov tərəfindən 05.02.2021-ci il tarixdə MN seriyalı, ******* saylı və MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qərardadı ilə 3(007)-908/2021 və 3(007)-909/2021 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və 3(007)-908/2021 nömrəsi saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, aliment üzrə yaranmış 2180 manat borcu 05.02.2021ci il tarixdə “xxxx” ASC vasitəsilə tələbkara ödəmişdir. 09.02.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmurlarının iştirakı ilə icra sənədində göstərilən qızılzinət əşyaları tələbkarın qardaşı X3 etibarnamə əsasında verilmişdir. İcra sənədlərini icra etmişdir. Ona görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru F.T.Şahhüseynov və tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-780/2020 saylı, 06.03.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 1 ədəd sırğa, 1 ədəd sep, 1 ədəd klon, 1 ədəd üzük və 1 ədəd bilərzikdən ibarət qızıl-zinət dəstinin, 1 ədəd qızıl nişan üzüyünün alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - icraata başlamaq haqqında 02.06.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-780/2020 saylı, 06.03.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında 02.06.2020-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-780/2020 saylı, 06.03.2020-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4874/2019 saylı, 23.09.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 03 aprel 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 iyul 2019-cu il tarixdən başlayaraq Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında 24.09.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4874/2019 saylı, 23.09.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında 24.09.2019-cu il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4874/2019 saylı, 23.09.2019-cu il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - 05.02.2021-ci il tarixli, 5788 nömrəli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs hesabına 2180 manat pul köçürülmüşdür. - 09.02.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmurları F.T.Şahhüseynov, Z.M.Həmzəyev, hal şahidləri V.E.Orucov və R.R.Sədirov, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X2, borclu Şəxs iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-780/2020 saylı, 06.03.2020ci il tarixli icra sənədində qeyd olunan qızıl-zinət əşyaları borclu tərəfindən tələbkarın nümayəndəsinə təqdim edilmiş, tələbkarın nümayəndəsi qızıl-zinət əşyalarının tələbkar Zərərçəkmiş şəxs məxsus olmasını təsdiq edərək qəbul etmiş, icranın gedişinə dair heç bir şiakyəti və tələbinin olmadığını bildirmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-908/2021 saylı, 05.02.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-652/2021 saylı, 19.03.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin materiallarının yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən yığılmış aliment borcu ödənildiyindən və qızıl-zinət əşyaları qaytarıldığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-780/2020 saylı, 06.03.2020-ci il tarixli icra sənədi tam icra olunduğundan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4874/2019 saylı, 23.09.2019-cu il tarixli icra sənədi üzrə yığılmış aliment borcu tam ödənildiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 39, mənzil 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-908/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-908/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver