Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-909/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon icra şöbəsində Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli və xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunaraq, baxılması üçün xx xxxxxx 2021-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək, Şəxs iki ədəd icra sənədinin icrasının təmin olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini, istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, hesab edirəm ki, onun barəsində xx xxxxxx 2021-ci il tarixdə tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli və xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati inzibati xəta haqqında protokollarla bağlı 3(007)-908/2021 nömrəli və 3(007)-909/2021 nömrəli işlər işdə bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(007)-908/2021 nömrəsi saxlanılsın. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-909/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-909/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver