Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-917/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(007)-5090/2016 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat cəmi 234 manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)-4145/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat cəmi 350 manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. İnzibati işdə olan 14.04.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(007)-5090/2016 saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)-4145/2021 saylı icra vərəqələri ümumi icraatda birləşdirilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 14 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(007)- 5090/2016 saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)-4145/2021 saylı icra sənədləri üzrə yaranmış 9221 manat aliment borcunu ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(007)-5090/2016 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat cəmi 234 manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)- 4145/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat cəmi 350 manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Faktla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(007)-5090/2016 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat cəmi 234 manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)-4145/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat cəmi 350 manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. Hal hazırda həmin icra vərəqi üzrə yaranmış borcundan 1000 manat tələbkara ödəniş etmişdir. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati işin baxılması zamanı borclu Şəxs tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(007)-5090/2016 saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)-4145/2021 saylı icra vərəqələri üzrə tələbkara 1000 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara müəyyən məbləğdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 14 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-917/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-917/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver