Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-923/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, 30.07.2020-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Ə.Z.Aslanov tərəfindən 09.02.2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Fəttayeva (Nəhmətova) Rəna Şakir qızı məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə telefon vasitəsi ilə əlaqə saxladıqda başqa məhkəmə prosesi olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tələbkar Fəttayeva (Nəhmətova) Rəna Şakir qızı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, 30.07.2020-ci il tarixli qətnaməsinə əsasən 01 may 2010-cu il təvəllüdlü X1 və 11 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs 04.10.2019cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn müəllim tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək üzürsüz səbəbdən icra sənədini icra etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, 30.07.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 4513 manat borcu vardır. Təhdid və hədələr aldığı üçün məhkəmədə iştirak edə bilmir. Onun iştirakı olmadan işə baxılmasını xahiş edir və borcunu tam olaraq tələb edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, 30.07.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 01 may 2010-cu il təvəllüdlü X1 və 11 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs 04.10.2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. - icraata başlamaq haqqında 04.08.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, 30.07.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında 04.08.2020-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, 30.07.2020-ci il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən X3 hesabına 04.11.2020-ci il tarixdə 400 manat, 10.11.2020-ci il tarixdə 200 manat, 29.12.2020-ci il tarixdə 200 manat, 10.02.2021-ci il tarixdə 290 manat, 21.04.2021-ci il tarixdə 400 manat, 23.04.2021-ci il tarixdə 300 manat aliment ödənilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-923/2021 saylı, 26.04.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1233/2021 saylı, 31.05.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, 30.07.2020-ci il tarixli icra sənədi üzrə cəmi 1790 manat aliment ödəmiş, qalan aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, 30.07.2020-ci il tarixli icra sənədini üzrsüz olaraq icra etməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi 09.02.2021-ci il tarixdən üç aydan çox vaxt keçdiyinə görə Şəxs 30.06.2021-ci il tarixdə inzibati tənbeh verilə bilməz və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata müddətin keçməsi ilə bağlı xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-923/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-923/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver