Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-926/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1976-cı il tarixdə Ermənistan Respublikası, Stepanavan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi ev 7A, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 11 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 11 yanvar 2022-ci il tarixdə saat 16:30 radələrində idarə etdiyi “Daewoo” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “Neftçilər” dairəsi istiqamətində dayanacaqda sərnişinləri götürərkən sərnişinlərin avtobusun salonuna tam daxil olmalarını gözləmədən qapını bağlayaraq hərəkətini davam etdirmək istəmiş, bu zaman qabaq qapı vasitəsi ilə avtobusa daxil olan sərnişin Zərərçəkmiş şəxs hərəkətə başlayan avtobusun pilləkənindən yerə yıxılaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə saat təxminən 16:30 radələrində idarə etdiyi 185 saylı marşrut avtobusunda Nizami rayonu, R.Rüstəmov küçəsində üzü “Neftçilər dairəsi” istiqamətində dayanacaqda dayanmış, sərnişinlərin avtobusa minmələrini gözləmişdir. Növbəti sərnişin kök bir qadın olmuş, qadın avtobusa mindikdən sonra qapını bağlayaraq hərəkətini davam etdirmək istəmişdir. Həmin vaxt qışqırtı səsi eşidib avtobusu saxlamış, bilmişdir ki, avtobusa minən sərnişin qadın kök olduğundan onun arxası ilə avtobusa minmək istəyən digər sərnişin qadını, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs görməmiş, qapıları bağlayanda o, özünü saxlaya bilməyərək yerə yıxılmışdır. Dərhal avtobusdan aşağı düşmüş, Zərərçəkmiş şəxs avtobusuna əyləşdirib birbaşa Sabunçu xəstəxanasına aparmış, orada həmin şəxsə həkimlər ilk tibbi yardım göstərmişlər, xəsarəti yüngül olduğundan onu evə buraxmışlar. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə saat təxminən 16 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində dayanacaqda dayanıb sərnişin avtobusunu gözləmiş, dayanacağa yaxınlaşan 185 saylı sərnişin avtobusuna qabaq qapıdan minmək istədiyi zaman avtobus hərəkətə gəldiyi anda o, müavinətini itirib yıxılmış, yıxılan zaman sağ ayaq nahiyyəsindən xəsarət almışdır. Sonra həmin sürücü onu idarə etdiyi 185 saylı sərnişin avtobusuna mindirərək birbaşa 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Xəstəxanada ona ilkin yardım göstərildikdən sonra qardaşı təkrar müayinə üçün onu Kliniki tibbi mərkəzə aparmış, orada bütün tibbi müayinələrdən keçirdikdən sonra yaşadığı evə gətirmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 25 fevral 2022-ci il tarixli 117 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sağ budun iç səthinin hematoması-bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişin qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 mart 2022-ci il tarixli 8/511 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məliumatlara əsasən “Daewoo” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 30 mart 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən “Daewoo” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material Nizami RPİ-nin DYPŞ-nə göndərilmiş, gələcəkdə dəymiş ziyan ödənilmədiyi halda zərərçəkmiş Zərərçəkmiş şəxs mülki qaydada məhkəməyə müraciət etmək hüqununun olması izah edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-926/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-926/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver