Məhkəmə qərarları › İş №3(007)-927/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-927/2020

02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-927/2020 02.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Rəhimov Nahid Cəmiyyət oğlunun xx xxxx 1980-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 20 saylı evin 38 saylı mənzilində qeydiyyatda olan barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarlardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə Rəhimov Nahid Cəmiyyət oğlunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarlardan verdiyi şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalı və şikayətdə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət vermək hüququ tərəfə izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasənbarəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, məhz həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə bir neçə qərardan deyil, qərardan şikayət verilməsi nəzərdə tutulduğundan iki inzibati xəta haqqında qərarlardan ayrı-ayrı şikayətlər əsasında, ayrı-ayrı icraatlarda baxılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ Rəhimov Nahid Cəmiyyət oğluna izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Rəhimov Nahid Cəmiyyət oğlunun barəsində tərtib inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət baxılmadan geri qaytarılsın. Rəhimov Nahid Cəmiyyət oğluna izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra inzibati xəta haqqında qərarlardan ayrı-ayrılıqda məhkəməyə şikayət verməyə haqlıdır. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar