Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-929/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 28B saylı evin 13 saylı mənzilində qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 00100-0933/20 nömrəli, xx xxxx 2020-ci il tarixli protokola əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2696 sorğu nömrəli Gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirməklə Türkiyə Respublikasında fəaliyyət göstərən “X1. Tic. A.Ş” şirkəti arasında bağlanılmış xx.xx.2018-ci il tarixli AZ 134 nömrəli müqaviləyə əsasən alınmış, xx.xx.2020-ci il tarixli ASEL1/2019-196N nömrəli invoysun müşayiəti ilə göndərilmiş dərman vasitələrini Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 nömrəli, xx.xx.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinin tələblərinə riayət edərək malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında, yaxud gömrük anbarına yerləşdirilməli olduğu halda, həmin dərman vasitələrini saxlancın son müddəti 4 ay, yəni xx xxx 2020-ci il tarixədək başqa gömrük proseduru altında, yaxud gömrük anbarında yerləşdirməyib saxlanc qaydalarını (müddətlərini) pozmuşdur. Bundan başqa, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2696 sorğu nömrəli Gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirməklə ünvan 1 ünvanında müvəqqəti saxlanca qoyduğu, Türkiyə Respublikasında fəaliyyət göstərən “X1. Tic. A.Ş” şirkəti arasında bağlanılmış xx.xx.2018ci il tarixli AZ 134 nömrəli müqaviləyə əsasən alınmış, xx.xx.2020-ci il tarixli ASEL1/2019- 196N nömrəli invoysun müşayiəti ilə göndərilmiş dərman vasitələrinin idxalına Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən müvafiq icazə verilsə də, saxlanc müddəti ərzində digər gömrük prosedurunda yerləşdirilmədiyindən, müvafiq olaraq gömrük ödənişlərini ödəmədiyindən və zəruri gömrük əməliyyatları aparılmadığından, gömrük rəsmiləşdirilməsi başa çatdırılmamış, gömrük nəzarəti altında olan həmin dərman vasitəsi ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla bir ədədinin dəyəri 1,55 ABŞ dolları (milli valyutaya nisbətdə 2,635 manat) təşkil edən “Levofloxacin” markalı dərman vasitəsinin 6,508 dəyərindəki 2470 ədədini və bir ədədinin dəyərinin 1,05 ABŞ dolları (milli valyutaya nisbətdə 1785 manat) təşkil edən “Drinex” markalı dərman vasitəsinin 2006,35 dəyərindəki 1124 ədədi, yəni ümumilikdə 8514,80 manat dəyərindəki dərman vasitələrinin ayrı-ayrı vaxtlarda satışını təşkil edib üzərində sərəncam verməklə qanunsuz əməliyyatlar aparmış, dərman vasitələrinin gömrük nəzarəti altında olan digər hissəsini isə saxlanca qoyulduğu ünvan 2 ünvandakı anbardan gömrük orqanının icazəsi olmadan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 3/19 ünvandakı digər anbara daşımışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 496.1-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında, yaxud gömrük anbarına yerləşdirilməli olduğu halda, həmin dərman vasitələrini gömrük anbarında yerləşdirməyib saxlanc qaydalarını (müddətlərini) pozmuş, gömrük ödənişlərini ödəmədiyindən və zəruri gömrük əməliyyatları aparılmadığından, gömrük rəsmiləşdirilməsi başa çatdırılmamış, gömrük nəzarəti altında olan həmin dərman vasitəsi ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla dərman vasitələrinin ayrı-ayrı vaxtlarda satışını təşkil edib üzərində sərəncam verməklə qanunsuz əməliyyatlar aparmış, dərman vasitələrinin gömrük nəzarəti altında olan digər hissəsini isə saxlanca qoyulduğu anbardan gömrük orqanının icazəsi olmadan digər anbara daşımışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 491.1, 491.3 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görəşəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə məyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 496.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 8514,80 manat dəyərində malların 30 (otuz) faizi, yəni 2.554 (iki min beş yüz əlli dörd) manat 44 (qırx dörd) qəpik məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-929/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-929/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver