Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-934/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, 20 iyun 1989-cu il tarixdə Naxçıvan MR-nın Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X1 barəsində Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin rəisi polis mayoru Yusif Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Daxil olmuş sənədlərdən və Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin rəisi polis mayoru Yusif Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirili bilinərək 06 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. Həmin qərardan X2 şikayət verərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirili bilinərək 06 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması haqqında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin rəisi polis mayoru Yusif Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, heç bir pozuntuya yol verməmişdir. Yol polisi əməkdaşı onun pozuntu törətdiyini vizual müşahidə ilə müəyyən etdiyini, yəni gördüyünü bildirmişdir. Yol polisi əməkdaşına onların üzərində və nəqliyyat vasitələrində mövcud olan kameralara onun iştirakı ilə baxış keçirilməsini və bu zaman onun tərəfindən inzibati xətanın törədilmədiyinin aşkar olunacağını təklif etmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib edən yol polisi əməkdaşı kamera görüntülərinə baxmaqdan imtina etmiş və heç bir araşdırma aparmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işə baxılması yeri və vaxtı barədə ona heç bir məlumat verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq inzibati orqanın nümayəndəsi və X2 naməlum səbəbdən məhkəmə iclasına gəlməmişlər. İnzibati işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti sənədlərlə əlaqəli araşdırıb hesab edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nə göndərilməlidir. Belə ki, inzibati orqanın inzibati iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərara əsasən T.B.Haqverdiyevin inzibati xəta törətdiyi qeyd olunsa da, sonuncu həmin qərarı mübahisələndirərək, inzibati xəta törətmədiyini və təqsirli olmasını təsdiq edən sübutların olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla, Qanunvericilik inzibati xəta törətmiş şəxsin təqsirli olmasının sübut olunması vəzifəsini inzibati orqanın üzərinə qoymuş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, sübutların kifayət etməməsi səbəbindən T.B.Haqverdiyevin xx.xx.2022-ci il tarixdə saat 08:45-də idarə etdiyi “MERCEDES BENZ C 220 CDİ” minik markalı ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Nizami RPİ-nin X4 Şəbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP 458918 saylı inzibati xəta haqqında protokola dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın əsaslı olması barədə qəti qənaətə gəlmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X1 şikayətində qeyd olunan xüsusatların ətraflı araşdırılması üçün onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin rəisi polis mayoru Yusif Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər Nizami RPİ-nin X4 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin rəisi polis mayoru Yusif Hüseynov tərəfindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər Nizami RPİ-nin X4 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-934/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-934/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver