Məhkəmə qərarları › İş №3(007)-949/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-949/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-949/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 iştirakı ilə, Bakı şəhəri BPİ-nin DYPİ-nin hadisələr üzrə inspektoru, polis kapitanı Elvin Əsədov tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən verilmiş protestə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev Bakı şəhəri Nizami Rayon Məhkəməsinə protest ilə müraciət edərək, Bakı şəhəri BPİ-nin DYPİ-nin hadisələr üzrə inspektoru, polis kapitanı Elvin Əsədov tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nizami RPİnin, TŞ-dən X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş ara məsafəsi qaydalarının pozulması xətası ilə toplanılmış material üzrə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan protest verilməsi barədə daxil olmuş material öyrənilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:52-də Azərbaycan Respublikası DİN-nin “102 Zəng Xidməti” dən sürücü X1 Bakı şəhəri, Nizami rayonu, Babək propektində idarə etdiyi “Mersedes” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “BMW” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsində avtomobilində olan iki sərnişinin xəsarət almasına dair Nizami RPİ-nə daxil olmuş məlumat “cinayətlər və məlumatların” uçotu kitabında 15 sayla qeydiyyata alınmışdır. Qeyd edilən hadisənin cinayətlər və məlumatların” uçotu kitabında qeydə alınması səbəbindən araşdırma Nizami RPİ-nin Təhqiqat Şöbəsində aparılması barədə Bakı şəhəri BPİ-nin DYPİ-nin hadisələr üzrə inspektoru Elvin Əsədov məlumatlandırılsa da sonuncu aaraşdırmanı davam etdirmiş və həmin tarixdə “BMW” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtombilin sürücüsü X5 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə ******* saylı inzibati protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Aparılmış araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 41 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “Mersedes” markalı **-TJ-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişin 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs burun belinin S-vari deviyasiyası (əyilməsi) ilə müşayiət olunan hər iki gözaltı nahiyənin hematoması, burun belinin şişkinlik halında əzilməsi, almın sol yarısının qançırı xəsarətləri olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə salamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Toplanmış materiala əsasən “BMW” markalı **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün əməlində İXM-nin 327.1 maddəsinin deyil, 327.8- ci maddəsinin tərkib əlamətləri vardır. Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Emil Hacıyev vəsatətlə Nizami rayon prokurorluğuna yuxarıda göstərilən əsaslara görə vəsatət verərək ******* saylı inzibati protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün müvafiq salahiyyətli orqana protest verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 protestin təmin olunmamasını məhkəmədən xahiş etdi. Protest verən orqan, qərarından protest verilən orqan və zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, protesti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə protest təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Həmin protokol əsasında qəbul edilmiş olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 41 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun belinin S-vari deviyasiyası (əyilməsi) ilə müşayiət olunan hər iki gözaltı nahiyənin hematoması, burun belinin şişkinlik halında əzilməsi, almın sol yarısının qançırı – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi X3 əməlində İXM-nin 327.1-ci maddəsinin deyil, 327.8-ci maddəsinin tərkib əlamətləri olsa da, onun barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar İXM-nin 327.1-ci maddəsi ilə tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ-nin DYPİ-nin hadisələr üzrə inspektoru, polis kapitanı Elvin Əsədov tərəfindən qanun norması düzgün tətbiq edilməmiş, X3 əməlində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğu halda 327.1ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Odur ki, protest təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün aidiyyatı orqana geri göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Protest təmin edilsin. X5 barəsində İXM-in 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar