Məhkəmə qərarları › İş №3(007)-964/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-964/2021

10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-964/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Bakı şəhəri, Heydər Əliyev prospekti, 115 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu tərəfindən daxil olduğu vaxtdan 5 gün müddətinə verməmişdir. Buna görə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X8 inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X8 sorğusu rəsmi qaydada İdarəyə daxil olmamışdır. Buna görə, o, başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan bildiriş DYPŞ tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmiş və xx xxxxxx 2021-ci il tarixdə E.V.Allahverdiyev adlı əməkdaş xəbərnaməyə imza etməklə bildirişi qəbul etmişdir. Buna görə də, o, ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin balansında olan “Peugeot 405” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomaşınla törədilmiş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli elektron protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 X1 Sistemindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X10 icraatına daxil olmuşdur. Həmin elektron protokolun icrası ilə əlaqədar, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən, həmin nəqliyyat vasitəsini idarə etmiş şəxs barəsində sorğunun alındığı vaxtdan 5 gün müddətində Nizami rayon Polis İdarəsinin Dövlət X11 məlumat verilməsi xahiş olunmuş, habelə məlumatın verilmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Qeyd olunan bildirişə əlavə edilmiş xəbərnamənin kserosurətindən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin qeyd olunan bildirişi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı E.V.Allahverdiyev oğlu tərəfindən şəxsən qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 verilmiş suala cavab olaraq, qeyd olunan xəbərnamədə qeyd olunan E.V.Allahverdiyev adlı əməkdaşın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı olmasını təsdiq etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar