Məhkəmə qərarları › İş №3(007)-965/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-965/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-965/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X1 və Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət X9 nümayəndəsi X2 iştirakı ilə, Şəxs QSC, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 87 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs QSC mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu tərəfindən daxil olduğu vaxtdan 5 gün müddətinə verməmişdir. Buna görə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X7 inzibati təcrübə üzrə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X7 sorğusuna QSC rəsmi qaydada cavab vermişdir. O, bu barədə məktubun surətini məhkəməyə təqdim edir. Buna görə, QSC barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət X7 nümayəndəsi X5 məhkəmə iclasında qeyd olunan sorğulara QSC tərəfindən verilmiş cavabın şöbəyə daxil olmadığını, buna görə də protokol tərtib edildiyini bildirərək, inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs QSC-yə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 01:44-də “AUDİ A8” minik markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Moskva prospekti, Nəqliyyat Nazirliyi istiqamətində hərəkətdə olarkən müəyyən edilmişdir ki, sürücü yolda müəyyən edilmiş hərəkət surətini 19 km/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Şəxs QSC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. İş materiallarında olan həmin bildirişə əlavə edilmiş poçt xəbərnaməsinin surətindən görünür ki, qeyd olunan bildiriş xx.xx.2020-ci il tarixdə, QSC-nin “Məmmədov” soyadlı əməkdaşı tərəfindən qəbul edilmiş və xəbərnaməyə bu barədə imza etmişdir. Şəxs QSC-nin nümayəndəsi X1 məhkəmə iclasında təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 37 saylı məktubdan görünür ki, həmin tarixdə Şəxs QSC-nin icraçı direktoru M.Ağabalayev Bakı şəhəri Nizami rayon Polis İdarəsinə cavab olaraq bildirmişdir ki, **-PP- *** dövlət qeydiyyat nişanlı, “AUDİ A8” minik markalı nəqliyyat vasitəsinə dair dekabr ayı üzrə yol vərəqəsi və sürücünün sürücülük vəsiqəsinin surətlərini Nizami DYPŞ-nə göndərmiş və həmin məktub xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-də “Həsənova” soyadlı əməkdaş tərəfindən qəbul edilmiş və imza edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırkı iş üzrə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin bildirişi Şəxs QSC-yə ünvanlanmış, həmin sorğuya qanunverilicilikdə müəyyən olunmuş qaydada cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar