Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-968/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs Əbülfət qızının iştirakları ilə, Şəxs Əbülfət qızının, xx xxxxxxxx 1984-cü il tarixdə Cəbrayıl rayonunun Papı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, ünvan 2a yaşayan, barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.04.2019-cu il tarixli e-2-2 (82)-367/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 6 000 manat məbləğində əsas borcun, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 81.25 manat məbləğində faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manatın tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 15 fevral 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs Əbülfət qızı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-367/20109-cu il tarixli icra vərəqəsini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu Şəxs Əbülfət qızının barəsində tərtib edilmiş 15 fevral 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə, Şəxs Əbülfət qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayəti üzrə qəbul olunmuş Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarı ilə, inzibati iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında inzibati xəta haqqında protokolu müdafiə edərək, xəbərdarlıq edilməsinə baxmayaraq "xxxx" MMC-nin direktoru Şəxs Əbülfət qızının Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (82)-367/20109-cu il tarixli icra vərəqəsini icra etmədiyini bildirmişdir. Məhkəmə iclasında borclu Şəxs Əbülfət qızı izahat verərək bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.04.2019-cu il tarixli e-2-2 (82)-367/2019 saylı icra vərəqəsinə əsasən, 6 000 manat məbləğində əsas borcu, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 81.25 manat məbləğində faizi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manatı iddiaçı "xxxx" MMC-yə ödəməlidir. Lakin, hazırda işləmədiyinə və maddi imkanı ağır olduğuna görə borcunu ödəyə bilmir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək, icra məmurunun və borclunun izahatlarını dinləyib hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsi tam sübuta yetirilir və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.04.2019-cu il tarixli e-2-2 (82)-367/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 6 000 manat məbləğində əsas borcun, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 81.25 manat məbləğində faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manatın tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İnzibati işdə olan 04 iyun 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.04.2019-cu il tarixli e-2-2 (82)-367/2019 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. İnzibati işdə olan 04 iyun 2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, "xxxx" MMC-dən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.04.2019-cu il tarixli e-2-2 (82)-367/2019 saylı icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, tələbi üzürsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Borclu, "xxxx" MMC-nin direktoru Şəxs Əbülfət qızı tərəfindən, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 02.04.2019-cu il tarixli e-2-2 (82)-367/2019 saylı icra vərəqəsi üzrə tələbkar "xxxx" MMC-yə 2 ildən artıq müddət ərzində heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri). Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Həmçinin Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə borclu Şəxs bаrəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, borclu Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən etmir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ M: Şəxs Əbülfət qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-968/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-968/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver