Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-970/2020 30.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx xxx 2020-ci il tarixdə saat 22:00 radələrində idarə etdiyi “Opel Vectra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən 23-cü PB-nin qarşısında dayanan “Toyota Prado” markalı, **-FZ-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuşdur. Hadisə zamanı “Toyota Prado” markalı, **-FZ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2020-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 20:00 radələrində Sabunçu qəsəbəsində dostu Rəsuldan ailəsini Keşlə qəsəbəsindən yaşadığı evə aparmaq üçün “Opel Vectra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verməyi xahiş etmişdir. Rəsul etiraz etməmiş və “Opel Vectra” markalı avtomobili idarə etmək üçün ona vermişdir. O, “Opel Vectra” markalı avtomobil ilə Keşlə qəsəbəsinə gəlmiş və ailə üzvlərinin çıxıb getdiyini görmüşdür. O, həmin vaxt avtomobildə olan pivəni içmişdir. Saat 22 radələrində “Opel Vectra” markalı avtomobili dostu Rəsula qaytarmaq üçün Keşlə qəsəbəsindən üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkət etmişdir. 23-cü PB-nin yanında halı pisləşmiş və onu yuxu aparmışdır. Bu zaman idarə etdiyi “Opel Vectra” markalı avtomobilin qabaq hissəsi ilə “Toyota Prado” markalı, **-FZ-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsi toqquşmuşdur. Hadisə yerinə gələn Təcili tibbi yardım stansiyasının həkim briqadası onu xəstəxanaya aparmışlar. O, Rusiya Federasiyasında yaşayır və orada işləyir. Azərbaycana qonaq gəlmiş və karantin rejimi ilə əlaqədar qayıda bilməmişdir. Azərbaycanda iş yeri yoxdur və avtomobilə dəyən ziyanı ödəməyə maddi imkanı çatmır. Karantin rejimi aradan qalxdıqdan sonra işləyib ziyanı ödəyəcəkdir. Zərərçəkmiş şəxs razı olarsa avtomobilin ramasını özü təmir etdikdən sonra o, avtomobilin qalan yerlərini tanıdığı ustalara düzəltdirəcəkdir. Bundan başqa ziyanı ödəyəcəyinə dair notariusda ərizə verə bilər. Əməlindən peşmandır. Məhkəmədən qərar qəbul edilərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində o, özünə məxsus “Toyota Prado” markalı, **-FZ-*** qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində yerləşən 23-cü PB-nə yanına gəlmiş və avtomobilini yolun sağ kənarında saxlayıb 23-cü PB-nə daxil olmuşdur. O, 23-cü PBnin inzibati binasında olarkən polis əməkdaşı bölməyə daxil olub küçədə yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. O, narahat olub dərhal küçəyə çıxmış və “Opel Vectra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsinin toqquşduğunu görmüşdür. Hadisə zamanı “Opel Vectra” markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün hadisə yerinə gəlmiş təcili tibbi yardım stansiyasının həkimləri sürücünü xəstəxanaya aparmışlar. Hadisə zamanı o, heç bir xəsarət almamış, lakin avtomobilinə 11955 manat maddi ziyan dəymişdir. Şəxs dəfələrlə ona avtomobilini düzəltdirəcəyini söz versə də ziyanı ödəməkdən boyun qaçırmış və telefonlarına cavab verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təklifi ilə razı deyildir. Avtomobilinin təmir olunmasını istəyir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 360 saylı rəyin nəticə hissəsindən görünür ki, Şəxs burun sümüyünün az yerinidəyişən sınığı, burnun sağ yarısının səthi yarası, sağ gözaltı nahiyənin, sağ bazunun ön səthinin, sol dirsək nahiyənin arxa-bayır səthinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ baldırın iç səthinin qançırları; sol dirsəyin, sağ əlin İV barmağın arxa səthinin, sağ baldırın ön səthinin sıyrıqları, sağ baldırın bayır səthinin hematoması, sağ əlin İİİ barmağın dırnağının travmatik zədələnməsi və qansızma olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/626 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Vectra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sərxoş halda idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası DİN Baş Dövlət X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 016-45367-1220 nömrəli məktubun surətindən görünür ki, DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasında Şəxs xx.xx.2019-cu il tarixdə AD seriyalı, 202622 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdi və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. - “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/1145 saylı, xx.xx.2020ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:00-da müayinə olunan Şəxs sərxoş olduğu müəyyən olunmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarlaŞəxs inzibati xəta törətməkdə təqsiritam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tövsif olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğdə cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-970/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-970/2020
30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver