Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-976/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1993-cü ildə Gədəbəy rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixli, EQ 16575518 saylı qərara əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsində təqsirli bilinib cərimə edilib. Həmin qərarı icra etmədiyi üçün onun barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP ******* saylı protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində tərtib edilmiş yuxarıda göstərilən həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Bununla da şəxsin İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokollar və qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Bağırova X3 Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli İş № 3(007)-976 /2024 Bakı şəhəri Nizami Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU «06» fevral 2024-cü il Bakı şəhəri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X2 iclas katibliyi ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 17:55-də başlandı Sədrlik edən məhkəmə iclasını açır və baxılaçaq işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, icraatda iştirak edən şəxslərə məhkəmə iclasnın yeri və vaxtı barədə lazımi qaydada xəbər verilmiş, lakin tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəblərinin üzürlü olması barədə məhkəmədə məlumat yoxdur. Sədrlik edən yerində qısa müşavirə edərək Qərara aldı Tərəflərin iştirakı olmadan işin baxılması mümkün hesab edilsin Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan etməklə, iş materiallarını tədqiq edir. Sədrlik edən işin tədqiqinin bitmiş olunduğunu bildirir. Sədrlik edən məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması üçün müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qərarı elan edir. Məhkəmə iclası saat 18:00-da bağlı elan olunur. Protokol xx.xx.2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclasının katibi:
Məhkəmə qərarları › İş №3(007)-976/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-976/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver