Məhkəmə qərarları › İş №3(007)-98/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-98/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-98/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1, xx xxxxx 1960-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, İİ (ikinci) qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 YPX inspektoru, polis sıravisi X2 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxx 2019-cu il tarixli, TP seriyalı, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis idarəsinin Dövlət X9 bilavasitə tabe olan Yolpatrul xidməti alayının Müşayiət eskort bölüyünün yol-patrul xidməti inspektoru X2 inzibati tənbeh verməhaqqında TP seriyalı ******* nömrəli xx xxxx 2019-cu il tarixli qərarı ilə X3 idarə etdiyi və özünə məxsus avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin inzibati xəta haqqında 3(007)-98/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində inzibati tənbeh növü tətbiq edilmiş X1 şikayəti təmin olunmuş və Bakı şəhər Baş Dolis idarəsinin Dövlət X9 bilavasitə tabe olan Yol patrul xidməti alayının Müşayiət eskort bölüyünün yol-patrul xidməti inspektorunun TP seriyalı ******* nömrəli xx xxxx 2019-cu il tarixli qərarı əsassız hesab olunaraq ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir Məhkəmə qərarından narazı qalan Bakı şəhər Baş polis idarəsinin Dövlət X11nin rəisi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv olunmasını və Bakı şəhər Baş polis idarəsinin Dövlət X8 xx xxxx 2019-cu il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv olunmuş və işə yenidən baxılaraq, tam və hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilən məqamlara hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhər Baş polis idarəsinin Dövlət X9 bilavasitə tabeolan Yol patrul xidməti alayının Müşayiət eskort bölüyünün yol-patrul xidməti inspektorunun TP seriyalı ******* nömrəli TP seriyalı ******* nömrəli xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarından narazı qalan X3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Baş polis idarəsinin Dövlət X8 TP seriyalı ******* nömrəli xx xxxx 2019-cu il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakiminin xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən, X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində “Excelsior” otelinin qarşısında hərəkətdə olarkən DYPİ Yol patrul xidməti inspektoru, polis sıravisi Təbriz Novruzov ona məxsus **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qayda pozduğunu bildirmişdir. O, inspektora belə bir qayda pozuntusu törədilsə belə onu dayandırmaq hüququnun olmadığını və onun barəsində inzibati qərarın elektron qaydada tərtib edilməli olduğunu bildirmişdir. Bu heç bir nəticə verməmişdir. Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis sıravisi X4 barəsində inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul etmiş, özü sadə qələmlə imza edərək qərarı ona vermişdir. Protokolu rəsmiləşdirərkən YPX əməkdaşı onun hüquqlarını pozaraq şablon şəkildə protokolu tərtib edib ona təqdim etmişdir. Hətta ona tövsiyə belə etmişdir ki, 10 gün içərisində tez ödəsə cərimənin 10% qədərindən daha az ödəməli olacaqdır. O, pozulmuş hüquqlarının bərpası ilə bağlı Baş Dövlət X9 şikayət məktubu ünvanlasa da Baş Dövlət X10 belə onun hüquqlarını pozaraq ünvanladığı şikayət məktubuna heç bir rəsmi cavab verməmişdir. YPX əməkdaşlarının özbaşınalıqlarından təngə gəlmiş biri olaraq ünvanladığı məktublara cavab ala bilməmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı məktubdan sonra yenə rəsmi qaydada yox, onun mobil telefonuna zəng edərək onu Baş Dövlət X9 dəvət etmişlər. YPX əməkdaşı hadisəni onun dilindən dinlədikdən sonra inspektorların qanunsuz iş görmədiklərini bildirmişdir. O, videogörüntü tələb etdikdə həmin görüntülərin ona təqdim edilə bilməyəcəyini bildirmişdir. Baş Dövlət X9 TP ******* saylı qərardan şikayət etsə belə vətəndaşların müraciətlərinə baxılması haqqında qanuna görə araşdırma tələb olunan hallarda maksimum 1 ay ərzində cavab verməli olduğu halda 1 aydan da çox zaman keçməsinə baxmayaraq ərizələri cavabsız qalmışdır. Həmin vaxt avtomobilinin texniki baxış zamanı çatmış, ödənilməmiş cəriməsi olduğu üçün avtomobili texniki baxışdan keçirməmişlər. O da məcbur qalaraq cərimələri ödəmişdir. Baş Dövlət X7 törətdiyi inzibati xətanı göstərmək əvəzinə avtomobilini texniki baxışdan keçirə bilməsi üçün ödədiyi cəriməni ödəməyini əsas gətirərək protokolla razılaşdığı qənaətinə gəlmişdir. İXM-nin tələbinə əsasən xüsusi texniki vasitələrlə aşkarlanmış pozuntu barədə DYP inspektorunun qərar qəbul etmək səlahiyyəti yoxdur. Həmçinin həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən ümumiyyətlə bu növ aşkarlanmış pozuntuya görə nəqliyyat vasitəsini saxlamaq inspektora qadağan edilmişdir. Halbuki inspektor baş verməsi iddia olunan pozuntunu xüsusi texniki vasitələrlə aşkarlandığını bildirmiş və buna görə onun barəsində inzibati qərar qəbul etmişdir. Beləliklə, qeyd edilən qərarı qəbul etmiş inspektor həm qanunla qadağan olunmasına baxmayaraq qanunsuz olaraq nəqliyyat vasitəsini dayandırmış, həm də səlahiyyəti olmadan qərar qəbul etmişdir. Bakı şəhər BPİ DYPİ-nin məktubu ona xx.xx.2019-cu il tarixdə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər BPİ-nin Dövlət X11 tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, habelə hazırki şikayətlə əlaqədar mahiyyəti üzrə qəbul edilmiş hər iki qərarında Bakı Apellyasiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq,məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 YPX inspektoru, polis sıravisi X2 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxx 2019-cu il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X9 göndərilməlidir. Belə ki, İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis sıravisi T.M.Novruzov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə iclasında müəyyən edildi ki, X1 barəsində TP seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar çıxarılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2 və 124.3-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən maddəsinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 YPX inspektoru, polis sıravisi X2 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxx 2019-cu il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X9 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar