Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-981/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Rəhimov Nahid Cəmiyyət oğlunun iştirakı ilə, Rəhimov Nahid Cəmiyyət oğlunun, xx xxxx 1980-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 20 saylı evin 38 saylı mənzilində yaşayan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx xxx 2020-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Baş Dövlət X2suz əməllərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi və qeyd olunan elektron qərarı qəbul etmiş polis əməkdaşı və ya müşahidə kamerasına nəzarət edən polis əməkdaşı barəsində xidmətini düzgün mövqedə qurmadığına, işinə laqeyd və səhlənkar yanaşdığına görə ciddi cəzalandırılması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 tərəfindən xx xxx 2020-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Rəhimov Nahid Cəmiyyət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx xxxx 2020-ci il tarixdə Rəhimov Nahid Cəmiyyət oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx xxx 2020-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Baş Dövlət X2suz əməllərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi və qeyd olunan elektron qərarı qəbul etmiş polis əməkdaşı və ya müşahidə kamerasına nəzarət edən polis əməkdaşı barəsində xidmətini düzgün mövqedə qurmadığına, işinə laqeyd və səhlənkar yanaşdığına görə ciddi cəzalandırılması barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Rəhimov Nahid Cəmiyyət oğlu göstərdi ki, xx xxx 2020-ci il tarixdə o, yenə də evinin yataqdöşəyini, yorğanını, xalçasını avtomobilinin üst baqajında apararkən, bir daha qanunsuz olaraq barəsində EQ ******* nömrəli elektron qərar qəbul edilmişdir. Əlavə edir ki, apardığı yük onun avtomobilinin qabaritindən heç bir tərəfə kənara çıxmamışdır. Qərarı qəbul edən müşahidə kameralarına çatanadək o, yolboyu bir neçə dəfə DYP-nin stasionar postlarını keçmişdir və həmin ərazidə xidmət aparan YPX əməkdaşları ona hər hansısa bir qayda pozuntusu barədə məlumat verməmişlər. O, barəsində əsassız qəbul edilmiş qərarın ləğv olması üçün BDYP-nə 001-30629R- 4120 nömrəli müraciət ünvanlamış, lakin təəssüf ki, həmin şikayətə baxılarkən təkrarən qərəzlilik, tərəfkeşlik və özbaşınalıq ucbatından qərar ləğv edilməmişdir. Bundan əlavə, bildirmək istəyir ki, hər bir insanın vəzifəsindən, peşəsindən asılı olmayaraq şəxsi, sosial həyatı vardır. Sosial yaşayışı boyunca həmin insanların evlərindən hər hansı əşyanı sərbəst apara bilər. Hələ keçmiş Sovet dövründə də, insanlar avtomobillərinin damında yük üçün xususi quraşdırılmış qurğunun köməyi ilə özlərinə məxsus yükləri daşımışlar. Bir sözlə, dinc formada öz işini görən insanları bu formada incitmək, qanını qaraltmaq qanunsuzdur və polisin etik kodeksi ilə uyğunlaşmır və polisin nüfuzuna zərbə vurur. Buna görə də Rəhimov Nahid Cəmiyyət oğlu hər hansı bir inzibati xəta törətmədiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx xxx 2020-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Baş Dövlət X2suz əməllərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi və qeyd olunan elektron qərarı qəbul etmiş polis əməkdaşı və ya müşahidə kamerasına nəzarət edən polis əməkdaşı barəsində xidmətini düzgün mövqedə qurmadığına, işinə laqeyd və səhlənkar yanaşdığına görə ciddi cəzalandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət ərizəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki,şikayət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx xxx 2020-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx xxx 2020-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının surətindən görünür ki, Rəhimov Nahid Cəmiyyət oğlu həmin tarixdə, “VAZ21074” markalı, az ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yük daşıma qaydalarının pozulmasına görə, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun, 57-ci maddəsinin İX bəndinə əsasən, mikroavtobusların, avtobusların və minik maşınlarının sürücülərinə: a) nəqliyyat vasitəsinin damında xüsusi olaraq bu məqsəd üçün yük yeri quraşdırılmadıqda, onun damında yük daşımaq; b) yük yerinin qarşısını açıq qoymaqla, iri həcmli və ya çox uzun əşyalar daşımaq qadağandır. Qeyd olunan elektron qərarda öz əksini tapmış fotoşəkillərdən isə görünür ki, sürücü Rəhimov Nahid Cəmiyyət oğlu tərəfindən qanunvericiliyin hər hansısa tələbi pozulmamış, sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinin damında xüsusi olaraq yük daşımaq üçün yük yeri quraşdırılmış və özünə məxsus yükü xüsusi quraşdırılmış yerə bərkitləməklə daşımışdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0, 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx xxx 2020-ci il tarixli, EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə Rəhimov Nahid Cəmiyyət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2suz əməllərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi və qeyd olunan elektron qərarı qəbul etmiş polis əməkdaşı və ya müşahidə kamerasına nəzarət edən polis əməkdaşı barəsində xidmətini düzgün mövqedə qurmadığına, işinə laqeyd və səhlənkar yanaşdığına görə ciddi cəzalandırılması hissəsində Rəhimov Nahid Cəmiyyət oğlunun şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-981/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-981/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver