Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-982/2020 21.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 mənzil 161 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 05 radələrində idarə etdiyi “Mazda” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində piyada X4 vurmuş, nəticədə X6 xəsarət almışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis kapitanı M.S.Manafov tərəfindən xx.xx.2020-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən səhər 05 radələrində tanışı Kəmalə Ağasəlimə məxsus olan “Mazda” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə əsas yolla Ə.Vəliyev küçəsi istiqamətində 30 km/saat sürətlə hərəkətdə olan zaman yolun ortasında olan ayrıcı zolaqdan bir qadının yolu soldan sağa keçdiyini görmüşdür. O, dərhal idarə etdiyi avtomobilin əyləcini basaraq sükanı sağa çəkmiş, buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sol yan qanad hissəsi həmin qadına dəymişdir. O, dərhal avtomobili saxlayaraq avtomobildən düşərək piyada Hümbətova Hicrana yaxınlaşaraq onu avtomobilə mindirərək Travmatologiya xəstəxanasına aparmışdır. Orada həkimlər Hümbətova Hicrana ilkin tibbi yardım göstərmişlər, heç bir xəsarətin aşkar olunmadığını bildirmişlər. Təcili tibbi yardım avtomobili çağıraraq zərərçəkmiş şəxsi X9 aparmışlar, orada da həkimlər müayinə edib ciddi xəsarətinin olmadığını bildirmişlər. Buna baxmayaraq ailə üzvlərinin təkidi ilə zərərçəkmiş şəxsi “City Hospital”a aparmışlar. Orada o, bütün müayinələrdən keçmiş, bir gün həmin hospitalda qaldıqdan sonra evə buraxmışlar. Hospitalda 1500-1600 manatdan çox xərci çıxmışdır. Zərərçəkmiş şəxs xəstəxanadan çıxdıqdan 3 gün sonra evinə getmiş, dərmanlarına 170-200 manat, oğluna isə əlavə olaraq 170 manat pul vermişdir. Dəymiş ziyanı ödəmək üçün bankdan pul götürmüşdür, əlavə ödəniş etməyə maddi imkanı yoxdur. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən səhər 05 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində Q.Qarayev prospektində yolun sol kənarında sarı zolağın üstündə yolda təmizlik işləri aparan zaman Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsi istiqamətində hərəkətdə olan “Mazda” markalı avtomobil qabaq sol hissəsi ilə onu vurmuş, o, zərbənin təsirindən hər iki yolun ortasında olan beton arakəsmənin üstünə yıxılmışdır. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün onu vuran sürücünün üstünə qışqıraraq avtomobildən düşməsini bildirmişdir. Həmin sürücü avtomobili arxaya sürərək orada olan digər sürücünün köməkliyi ilə onu avtomobilə mindirərək Travmatologiya xəstəxanasına aparmışdır. Onu orada müayinə etdikdən sonra təcili tibbi yardım avtomobili ilə X9 aparmışlar. Onu orada müayinə edərək həmin xəstəxanada 3-4 saat saxladıqdan sonra “City Hospital”a aparmışlar. O, bir gün həmin hospitalda qalmış, Fəridin əmisi hospitalın bir gününün 100 manat olduğunu, ona görə evə çıxmasını, Fəridin evdə onun müalicəsini davam etdirəcəyini bildirmişdir. O, xəstəxanadan evə gəldikdən sonra Fərid onunla maraqlanmamışdır. Bir müddət keçdikdən sonra ağrıları başlamışdır. Belində, qarnında ağrıları var, başında hələ də şiş var. Bu günə qədər də səhhətində problemlər var. Fərid xəstəxana xərclərini ödəmiş, lakin onun dediyi qədər 1500-1600 manat pul olmaz. Nəvələrinin qızıllarını lombarda qoyub 2480 manat pul götürmüş, müalicəsinə xərcləmişdir. Həkim yenə ona resept yazmış, lakin maddi imkanı olmadığı üçün ala bilməmişdir. Müalicəsinə çəkdiyi xərcin Şəxs tərəfindən ödənilməsini istəyir. Şəxs qarşı şikayəti vardır. Məhkəmə iclasında dindirilmiş məhkəmə-tibb eksperti X7 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 383 nömrəli rəyi müdafiə edərək bildirmişdir ki, X2 baş vermiş yol-nəqliyyat hadisəsindən təxminən 10 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəmətibbi müayinəsi zamanı onda baş beyin silkələnməsi, sağ sağrı nahiyəsinin qançırları və sıyrıqları, sağ dizin ön səthinin qançırı xəsarətləri olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X2 müayinəsi zamanı onda sınıq və onurğasında xəsarət aşkar olunmamışdır. Müayinə sənədlərindən görünür ki, döş qəfəsi, boyun və bel fəqərələri, baş beynin KT müayinələri və qarın boşluğu USM zamanı travmatik patoloji dəyişiklik aşkar edilməmişdir. X1 olan problemlər yaşı ilə əlaqədar döş qəfəsində və beynində degenerativ proseslərlə, maddələr mübadiləsinin pozulması ilə bağlıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli, 2/3250 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 06:00-da müayinə olunan Şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2020-ci il tarixli, 383 saylı rəyinin nəticə hissəsindən görünür ki, X3 baş beyin silkələnməsi, sağ sağrı nahiyəsinin qançırları və sıyrıqları, sağ dizin ön səthinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/778 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Mazda” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 185.1 və 263.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 05 radələrində idarə etdiyi “Mazda” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarə etdiyi avtomobillə piyada X4 vurması və ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi proses iştirakçılarının izahatı, ekspert rəyləri və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs dəymiş ziyanı qismən ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 mənzil 161 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-982/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-982/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver