Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-984/2022 22.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 327.3, 329.2, 333.1 və 511.1.3-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsindən daxil olmuş 16 oktyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 327.3, 329.2, 333.1 və 511.1.3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta haqqında material baxılması üçün məhkəmənin icraatına qəbul edilmiş, işin baxılması 22 aprel 2022-ci il tarixə saat 17:20-ə təyin edilmiş, icraat iştirakçılarının məhkəmə baxışında iştirak etmələri üçün müvafiq tədbirlər görülmüşdür. Lakin inzibati xəta haqqında prookolu tərtib edən orqan tərəfindən Şəxs məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokolun tərtib olunmasına baxmayaraq, onun məhkəməyə şəxsən təqdim olunması təmin edilmədiyi üçün işə dərhal baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Bu zaman əlavə olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq, İXMnin 327.1, 327.2, 327.3 və 329.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid olmadığından, həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidd olduğuna görə materialın gələcəkdə baxılması üçün məhkəməyə göndərilərkən nəzərə alınmalıdır. Bundan başqa, Şəxs izahatında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığını göstərsə də, belə sənəd işə əlavə edilməməklə yanaşı əsassız olaraq İXM-nin 333.1-ci maddəsi ilə də məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 103.2 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 327.3, 329.2, 333.1 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-984/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-984/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver