Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-986/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1, Bakı şəhər DYPİ-nin nümayəndəsi X4 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı, qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Nizami rayonu ərazisində özünə məxsus “OPEL ASTRA” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkan X12 İdarəsi YPX inspektoru tərəfindən saxlanılmış, normativ tələb pozulmaqla avadanlığın dəyişdirilməsinə görə barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Məhkəmə iclasında çıxış edərək bildirdi ki, ona məxsus nəqliyyat vasitəsinə heç bir müdaxilə etməmiş, nəqliyyat vasitəsinin yaxın işıq lampaları led işıqla əvəz edilmişdir. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirdi ki, lampa işıqlarına müdaxilə olunması əsası ilə nəqliyyat vasitəsi duracağa təmin edilmiş, daha sonra sürücü tərəfindən nəqliyyat vasitəsinin işıqları halogen tipli sarı işıqlarla əvəz edildikdən sonra nəqliyyat vasitəsinin duracaqdan çıxarılması mümkün olmuşdur. Bakı şəhər DYPİ-nin nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirdi ki, sürücü tərəfindən qanun pozuntusuna yol verilmiş, nəqliyyat vasitəsinin lampaları sarı işıqlarla təmin olunmalı olduğu halda, sürücü tərəfindən led işıqlar quraşdırılmışdır. Qeyd olunanlara əsaslanaraq şikayətin əsassız olduğunu və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X8 xx.xx.2025-ci il tarixdə özünə məxsus “OPEL ASTRA” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkan “nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə” İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı şikayətçi tərəfindən verilmiş izahata əsasən müəyyən edilmişdir ki, “OPEL ASTRA” markalı nəqliyyat vasitələrinin yaxın işıq lampaları halogen olmalı olduğu halda, sürücü nəqliyyat vasitəsinə ağ led işıq lampaları quraşdırmışdır ki, bu da özlüyündə normativ tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan “OPEL ASTRA” markalı nəqliyyat vasitələrinin istehsalı dayandırılmamış, bu səbəbdən nəqliyyat vasitəsinə zavod istehsalı üsulu ilə halogen lampaların quraşdırılması mümkündür. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-986/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-986/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver