Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-992/2020 14.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1982-ci ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 98 saylı evin 47 saylı mənzilində qeydiyyatda olan barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-213/2020 saylı icra sənədinə əsasən, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X2 və X1 üçün, xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxsdən dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə ödənilməmiş 3.000 manat aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-213/2020 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Borclunun ünvanına tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, tələb könüllü müddət ərzində ödənilməmişdir. Sonrakı müddət ərzində borclu şöbəyə dəvət olunmuş, ondan izahat alınmış, izahatında isə borcunu tələbkarın xeyrinə ödəyəcəyini bildirsə də, hal-hazıradək borcunu ödəməmişdir. Borclunun bu cür hərəkətləri tələbkarın haqlı narazıçılığına səbəb olmuş, borclunun məhkəmə qərarının icrasına qərəzli olması müəyyən edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları inkar edərək, inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, göstərdi ki, icra sənədinin icrası ilə əlaqədar xx xxxx 2020-ci il tarixədək onun 3.000 manat ödənilməmiş aliment borcu yaranmışdır. Hal-hazırda onun birdəfəlik aliment borcu ödəməyə imkanı yoxdur. O, aliment borcunun tutulmasının əmək haqqına yönəldilməsini xahiş edir. Belə ki, o, hər ay 500-600 arası əmək haqqı alır. Bundan əlavə, o, icra məmuru onu nə vaxt şöbəyə çağırmışdırsa, dərhal şöbəyə getmiş, qərəzli olaraq və üzürsüz səbəbdən icra sənədini icra etməkdən yayınmamışdır. Belə ki, icra məmuru onu yalnız bu gün, yəni xx.xx.2020-ci il tarixdə şöbəyə çağırmış və onun icra sənədi üzrə yığılmış borcdan xəbəri olmuşdur. Hal-hazırda 500 manat ödəniş etməyə də razıdır. Sonrakı aylarda isə əmək haqqından pulun tutulmasını xahiş edir. Lakin tələbkar pulu birdəfəlik tələb edir. Buna görə də onun məhkəmə qətnaməsini guya üzürsüz səbəbdən icra etməməsi həqiqətə uyğun deyil və onun əməlində inzibati xəta tərkibi yoxdur. Sonda Şəxs, inzibati məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmədə bildirdi ki, hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-213/2020 saylı icra sənədi üzrə, borclu Şəxs 3.000 manat borcu tam şəkildə ona ödəmir. Onun uşaqları xəstədir və müalicə puluna ehtiyacı var. Dörd ildir ki, borclu uşaqlara baxmır, maraqlanmır. Borcun birdəfəlik ödənilməsini tələb edir və sonuncu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114-115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il, saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-992/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-992/2020
14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver