Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-993/2020 17.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi ilə, x1 barəsində qəbul edilmiş 15.04.2020-ci il tarixli və MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarların, Nizami rayon İcra və Probasiya şöbəsinin 21.05.2020-ci il tarixli qərarının ləğv edilməsi və polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə məhkəmənin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: x3 barəsində qəbul edilmiş 15.04.2020-ci il tarixli və MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarların, Nizami rayon İcra və Probasiya şöbəsinin 21.05.2020-ci il tarixli qərarının ləğv edilməsi və polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə daxil olmuş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi x3 tərəfindən imzalanmamışdır. Məhkəmə hesab edir ki, x2 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda qərar şikayətə əlavə edilməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, icra məmurunun icraata başlamaq haqqında qərarından isə ayrıca icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: x1 şikayət ərizəsi geri qaytarılsın. x2 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda qərar şikayətə əlavə edilməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, icra məmurunun icraata başlamaq haqqında qərarından isə ayrıca icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-993/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-993/2020
17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver