Məhkəmə qərarları › İş №3(007)-993/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-993/2021

03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-993/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 tərtib edilmiş protokolda göstərilən “xxxx” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin MMC-nin balansında və qeydiyyatında olmadığını göstərmiş, həmin halın nəzərə alınaraq müvafiq qərar qəbul olunmaısnı məhkəmədən xahiş etmişdir. Nümayəndənin izahatında göstərilənlər məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin xx xxxx 2021-ci il tarixli 1/15/84 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın iştirakı olmadan işə baxılaraq müvafiq qərar qəbul olunmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin mənasından da göründüyü kimi, məhz avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, inzibati xəta haqqında protokolda qanunla müəyyən edilmiş müddət ərzində sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmadığı qeyd edilən “xxxx” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs MMC-nin balansında olmadığı müəyyən edilmişdir. Bununla da müəyyən olunur ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericilyin tələblərinə əməl edilməmiş, inzibati xəta törətmiş şəxs düzgün müəyyən edilməmiş, müvafiq sübutlar yetərli qaydada toplanmamışdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” x xxx 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, inzibati xəta törətmiş şəxs düzgün müəyyən edilmədiyi, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar