Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-995/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalı və şikayətdə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət vermək hüququ tərəfə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Lakin iş materiallarından görünür ki, X3 xx xxxxxx 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BNA ******* saylı, xx.xx.2021-ci il tarixli qərar üzrə yazılmış cərimənin ləğv olunmasını və ona dəymiş maddi və mənəvi ziyana görə 200 manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbinə əsasən isə mülki və inzibati qaydada icraat ayrıayrılıqda aparıldığından, məhkəmə hesab edir ki, dəymiş maddi və mənəvi ziyana görə 200 manat təzminat ödənilməsi barədə mülki icraat qaydasında iddia ərizəsi ilə, BNA ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı isə inzibati icraat qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququ X2 izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 inzibati xəta haqqında qərardan verdiyi şikayəti baxılmadan geri qaytarılsın. X2 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-995/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-995/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver