Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Rafiq oğlunun sədrliyi, X7 qızının katibliyi, Şikayət vermiş şəxs X2 vəkili Qanuni nümayəndə iştirakı ilə, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 vəkili Qanuni nümayəndə verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 vəkili Qanuni nümayəndə, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 21 iyun 2023-cü il tarixində saat 19:05 radələrində etibanaməsiz idarə etdiyi “Mercedes Benz E220” markalı **-FT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Şəhər şossesi, Bolmart marketin qarşısında olan işıqforda dayanmış, işıqforun yaşıl işığı yandıqdan sonra sola hərəkət edərkən qarşıdan “Opel Astra” markalı avtomobil yol ayrıcına daxil olmuş, həmin maşının sol yan hissəsi ilə onun avtomobilinin qarşı hissəsi toqquşmuşdur. Hadisə zamanı o sərxoş olmamışdır. Avtomobilinə 3000 manat civarında maddi ziyan dəymişdir. Bununla yanaşı, bildirmişdir ki, o, işıqforun yaşıl işığı yandıqdan sonra hərəkətə başlamış, bu zaman qarşıdan gələn “Opel Astra” markalı avtomobil üçün işıqforun qırmızı işığı yanırdı. Yol ayrıcına daxil olan zamanda işıqforun qırmızı işığı yanırdı, buna görə də onun heç bir günahı yoxdur. İzahatı yazdıqdan bir neçə gün sonra polis mayoru Zaur Abbasov onu BPİ-nin X14 İdarəsinə dəvət edərək video görüntü göstərdi, video görüntüdən sonra izahatına əlavə etməli qeydlər olduğunu bildirərək dedi ki, “sənə əlavə video görüntü göstərildi ona görə də axırıncı izahatını yazmağının ona vacib olduğunu bildirdi. Qeyd edir ki, həmin günlər hərbi xidmətə getməyi üçün saatlar qalmışdı cox həyacanlı və həssas idi, vaxtı az olduğu üçün ona görə də, əlavə izahatı yazmışdır. Həmin vərəqə baxdıqda izahatın sonradan yazıldığı bəlli olurdu. Həmin izahatında o, yazmışdır ki, “işıqforun sola yaşıl işığı yanmadan o, işıqforun sarı işığında hərəkət etməyə başlayarkən qarşıdan gələn maşınla toqquşmuş, düz yola çıxandan sonra işıqforun yaşıl işığı yanmışdır. Hətda 21 iyun 2023-cü il tarixində tərtib edilməli olan protokol bir gün sonra 22 iyun 2023-cü il tarixində tərtib edilmişdir. 22 iyun 2023-cü il tarixdə “Mercedes Benz E 220” markalı **-FT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə tərtib olunmuş İXP ******* saylı, X8 Protokolun xx.xx.2023-cü il tarixli, TP-5829441 saylı qərarını 8 (səkkiz) gün sonra X2 070.885-69-68 SMS vasitəsilə istifadəsində olan mobil nömrəyə göndərilmişdir. Bildirmək istəyir ki, X2 nümayənədəsi və vəkili olaraq 10 iyul 2023-cü il tarixində Səid Babazadəyə tərtib edilmiş protokol və qərarın sürətini almaq üçün dəftərxana vasitəsi ilə edilmiş ərizə üzrə qeyd edilən protokolun, qərarın və sənədlərin surətini 24 iyul 2023-cü il tarixində rəsmi qəbul etmişdir. Hesab edir ki, tərtib edilmiş X8 protokol qanunsuzdur. Göstərilənlərə əsasən Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 vəkili Qanuni nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər X13 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər X13 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X13 İdarəsinin əməkdaşı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 19:05-də Sabunçu rayonu, Şəhər şossesi ünvanında “Mercedes Benz E230” minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman sfetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli, 8/1695 nömrəli rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes Benz E220” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X8 iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X8 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara X8 iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və X8 iş üzrə icraatı rədd edən halların olmaması X8 işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən X8 iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Bakı şəhər X13 İdarəsinin əməkdaşı X1 Səid Hüseyn oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X6 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı, eskpert rəyindən də görünür ki, “Mercedes Benz E220” markalı, **-FT- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, Bakı şəhər X13 İdarəsinin əməkdaşı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 vəkili Qanuni nümayəndə verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və X8 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 vəkili Qanuni nümayəndə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(008)-1/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver