Məhkəmə qərarları › İş №3(008)-10/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-10/2025

03.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-10/2025 03.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X7 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş 03 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 31 dekabr 2024-cü il tarixdə saat 15:30 radələrində Məhəmmədi yolunda hərkətdə olub, “CHERY A13” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edərkən avtomobili geriyə hərəkət etdirərkən “MERCEDES” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili vurub maddi ziyan yetirmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin polis baş leytenanatı X6 izahatında göstərmişdir ki, Şəxs 31 dekabr 2024-cü il tarixdə saat 15:30 radələrində Məhəmmədi yolunda hərəkətdə olub, “CHERY A13” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edərkən avtomobili geriyə hərəkət etdirərkən “MERCEDES” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili vurub maddi ziyan yetirmişdir. Buna görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, sürücülük hüququ olmadan idarə etdiyi avtomobilə Məhəmmədi yolunda hərəkətə başlayıb geriyə hərəkət edərkən “MERCEDES” markalı **- SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəyib toqquşmuşdur. Zərbədən həmin avtomobilin qabaq hissəsi dərəyə düşdü. Həmin vaxt avtomobilin sahibi X1 içki qəbul etdiyindən idarə etmək üçün ona vermişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 dekabr 2024-cü il tarixdə saat 15:30 radələrində Məhəmmədi yolunda hərkətdə olub, “CHERY A13” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edərkən avtomobili geriyə hərəkət etdirərkən “MERCEDES” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili vurub maddi ziyan yetirmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Sabunçu RPİ DYPŞ-nin axtarış üzrə baş inspektoru, polis kapitanı Anar Qəmbərov tərəfindən 31 dekabr 2024-cü il tarixdə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Məhəmmədi yolunda baş vermiş, “CHERY A13” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi geriyə hərəkət etdirərkən “MERCEDES” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuşdur; X3 izahatından görünür ki, 31 dekabr 2024-cü il tarixdə 15:30-da özünə məxsus avtomobillə Məhəmmədi yolunda avtomobili yolun kənarında saxlamış, o zaman geriyə hərəkət edən “CHERY A13” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsini vurub toqquşmuş və zərbədən onun avtomobilinin qabaq hissəsi daş qırıntılarına dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar