Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1016/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-ci il tarixdə, saat 18:00 radələrində “Taksi-4 London” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Babək küçəsində hərəkətdə olarkən manevr qaydasını pozub, qarşısında eyni istiqamətdə hərəkət edən, əvvəlcə “Hyundai GETZ” ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra “Toyota Prius”, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilləri arxadan vurub toqquşmuş, zərbədən “Toyota Prius, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil qabağa itələnərək “Toyota Prius, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticədə “Hyundai GETZ” ** VL *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X6 yüngül bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu RPİ-nin DYPŞnin YNH üzrə baş inspektoru polis kapitanı X9 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəməyə təqdim edilmiş Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru polis kapitanı X9 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx.xx.2023-ci il tarixdə, saat 18:00 radələrində “Taksi-4 London” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Babək küçəsində hərəkətdə olarkən manevr qaydasını pozub, qarşısında eyni istiqamətdə hərəkət edən, əvvəlcə “Hyundai GETZ” ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra “Toyota Prius”, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilləri arxadan vurub toqquşmuş, zərbədən “Toyota Prius, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil qabağa itələnərək “Toyota Prius, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticədə “Hyundai GETZ” ** VL *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X6 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında zərərçəkmiş X10 izahatında göstərmişdir ki, “Hyundai GETZ” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində qeyd olunan avtomobil ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Şosessi ilə üzü Zabrat dairəsi istiqamətində sağ tərəfdən 2-ci zolaqla təxminən 30-40 km saat sürətlə hərəkətdə olarkən “Seyid” marketinin qarşısında yolun döngəli hissəsində hərəkətimə davam edərkən anidən düzgün ara məsafəsi saxlamayan sağ şərəfdən 3-cü zolaqda hərəkətdə olan “London Taxi 4” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ təkər hissəsi ilə idarə etdiyi Hyundai Getz markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanad hissəsindən və eyni zamanda “London Taxı 4” markalı avtomobili ön hissəsi ilə qarşısında eyni istiqamətdə və eyni zolaqda sərəkətdə olan Toyota Prius markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hisəssindən vurduqda, zərbdən Toyota Prius markal avtomobil qarşısında eyni istiqamətdə və eyni zolaqda dayanmış Toyota Prius markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşaraq YNH-i baş verdi. Hadisə zamanı idarə etdiyim avtomobildə müştəri qismində sərnişin olan adını sonradan bildiyi X6 xəsarət almışdır. Orada olan şəxslərin köməkliyi ilə X13 gedərək müayinə olundu. Hal-hazırda barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxslərə və inzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, inzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Sabunçu Rayon Polis İdarəsi səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3cü maddəsinə əsasən zərərçəkmiş şəxsin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 08 nömrəli Ekspert rəyindən görünür ki, X1 baş-beyin silkələnməsi müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarin təsviri hissəsində xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İnzibati xəta haqqında materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:55-də Şəxs 0.000 promil alkoqol sərxoşluğu vəziyyəti vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə Şəxs disə zamanı spirtli içkinin təsiri altında olmamasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-1016/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1016/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver