Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1046/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, X3 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayətə əsasən, o xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər dairəsini 16:46 radələrində Bakıxanov tərəfdən dairəvi hərəkət zolağına daxil olub, Q.Qarayev prospekti ilə üzü Əhmədli istiqamətinə hərəkət edərkən dairəvi hərəkət zolağına heç bir qayda pozmadığı halda ona qanunsuz olaraq protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunmuşdur. O heç bir qayda pozmadığını bildirərək qanunsuz olaraq qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsində inzibati xəta hadisəsinin Bakı şəhəri Nizami rayonu ərazisində baş verdiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, hazırki vəziyyətdə şikayətə baxılması mümkün olmadığından verilmiş şikayət X1na geri qaytarılmalı, ona hadisənin baş verdiyi yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli şikayət X2 geri qaytarılsın və ona hadisənin baş verdiyi yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-1046/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1046/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver