Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1048/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi X13 qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndisi X3, X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, X1 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 05 sentyabr 2024cü il tarixli 3-17/1-17495/2024 nömrəli “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 05 sentyabr 2024-cü il tarixli 3-17/1-17495/2024 nömrəli “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsinə əlavə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarının ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, DƏMX-nin Bakı şəhər Ərazi İdarəsinin rəisinin MN ******* nömrəli 15 iyul 2024-cü il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı ilə “Baker Hughes Services İnt. LLC.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəzifəli şəxsi Muradova Nərgiz İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi müəyyən edilmiş və İXM-nin 192.6-cı maddəsinə uyğun olaraq barəsində 1700 manat məbləğində şərti olaraq cərimə tətbiq edilmişdir. 15 iyul 2024-cü il tarixli Qərarda İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi onunla əsaslandırılımışdır ki, işçi Dmitry Umrukhin ilə bağlanmış əmək müqaviləsi “müddətsiz” əmək müqaviləsi olduğu halda, Muradova Nərgiz “müddətsiz” əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən müddətin bitməsi əsası ilə xitam verilmişdir. Muradova Nərgiz 15 iyul 2024-cü il tarixli qərardan yuxarı orqana şikayət etmişdir. ƏƏSMN-nin X9 Xidmətinin 3-17/1- 17495/2024 nömrəli 05 sentyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” Qərarı ilə şikayət təmin edilməmişdir (bundan sonra “05 sentyabr 2024-cü il tarixli Qərar”). 05 sentyabr 2024-cü il tarixli Qərar onunla əsaslandırılmışdır ki, işçi Dmitry Umrukhin ilə bağlanmış əmək müqaviləsi “müddətsiz” əmək müqaviləsi olduğundan Muradova Nərgiz həmin “müddətsiz” əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən müddətin bitməsi əsası ilə xitam verəməklə haqlı olmamışdır 05 sentyabr 2024-cü il tarixli Qərarı qanunsuz və əsassız hesab edirəm. Təqdim edilmiş sənədlərdən görünür ki, “Baker Hughes Services İnt. LLC.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonra “Nümayəndəlik”) ilə Rusiya Federasiyasının vətəndaşı olan X10 arasında bağlanmış 4 may 2023-cü il tarixində əmək müqaviləsi imzalanmışdır. Əmək müqaviləsində tərəflər müqavilənin “müddətsiz” bağladıqları barədə müddəa əlavə etmişlər. Lakin qeyd edilməlidir ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə əcnəbi ilə bağlanan əmək müqaviləsi heç bir halda “müddətsiz” bağlana bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinə görə əcnəbi ilə bağlanan əmək müqaviləsi həmişə “müddətli” əmək müqaviləsidir və əmək müqaviləsinin müddəti əcnəbiyə verilmiş iş icazəsinin müddəti ilə məhdudlaşdır. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsdə imperativ şəkildə göstərilir ki, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsindən görünür ki, qanunvericilik imperativ şəkildə tələb edir ki, əcnəbi ilə olan əmək müqaviləsi iş icazəsinin qüvvədə olduğu müddətə bağlanmalıdır. Buradan da aydın olur ki: (a) əcnəbi ilə olan əmək müqaviləsi həmişə müddətli əmək müqaviləsidir (müddətsiz ola bilməz); (b) həmin əmək müqaviləsinin müddəti iş icazəsinin müddətindən artıq ola bilməz. İş materiallarında olan sənədlərdən görünür ki, həqiqətən də Dövlət Miqrasiya Xidməti tərəfindən X7 İİ - ******* nömrəli 24 yanvar 2023-cü il tarixli iş icazəsi verilmişdir və həmin iş icazəsinin müddətinin - 24 yanvar 2024-cü il tarixinədək olması göstərilmişdir. Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsinin tələblərini nəzərə aldıqda bu o deməkdir ki, əcnəbi X10 ilə bağlanan əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur və onun əmək müqaviləsinin müddəti yalnız və yalnız 24 yanvar 2024-cü il tarixənədək ola bilərdi, yəni heç bir halda müddətiz əmək müqaviləsi ola bilməzdi. X4 iş icazəsinin qüvvə olma müddəti 24 yanvar 2024-cü il tarixində bitmişdir. İş icazəsinin qüvvədə olma müddətinin 24 yanvar 2024-cü il tarixdə bitməsi öz növbəsində avtomatik olaraq onun Nümayəndəlik ilə bağlamış olduğu əmək müqaviləsinin də qüvvədə olma müddətinin 24 yanvar 2024-cü il tarixdə bitməsi ilə nəticələnmişdir. X4 iş icazəsinin və əmək müqaviləsinin müddətinin 24 yanvar 2024-cü il tarixində bitdiyinə görə Nümayəndəlik tərəfindən onun əmək müqaviləsinə qanuni olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 24 yanvar 2024-cü il tarixindən qüvvədə olmaqla xitam verilmişdir. Əcnəbi X10 ilə Nümayəndəlik arasında bağlanmış əmək müqaviləsində əmək müqaviləsinin “müddətsiz” olması barədə şərtə gəldikdə isə qeyd edirik ki, bu şərtinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi qanunvericilik birmənalı şəkildə müəyyən edir ki, əcnəbi ilə imzalanan əmək müqaviləsi müddətli əmək müqaviləsidir və həmin əmək müqaviləsi əcnəbinin iş icazəsinin müddətinə uyğun müddətə imzalanır. Qanunvericilyin imperativ normasına zidd olan müqavilə şərtinin heç bir hüquqi əhəmiyyəti ola bilməz. X4 əmək müqaviləsində onun “müddətsiz” olması şərti İXM-nin 63.5-ci maddəsinin imperativ tələblərinə ziddir və heç bir hüquqi əhəmiyyəti yoxdur. AR ƏƏSMN-nin X9 Xidmətinin 3-17/1-17495/2024 nömrəli 05 sentyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” Qərarını ləğv edib, inzibati xəta haqqında iş üzrə icraata xitam verəsiniz. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, “Baker Hughes Services İnt. LLC” şirkətinin nümayəndəliyinin direktoru İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən şərti olaraq 1700 manat məbləğində cərimə olunmuşdur. Əcnəbilərlə heç bir halda müddətsiz əmək müqviləsi bağlanıla bilməz, çünki Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi müddətli olaraq yəni əcnəbiyə verilən icazənin müddətinə uyğun bağlanılmalıdır. Onlar əcnəbiylə texniki yanlışlıq səbəbi ilə müddətsiz əmək müqaviləsi bağlamışdırlar. Əmək müqaviləsi bağlanmamışdan qabaq onlar əcnəbi üçün iş icazəsi alıb daha sonra onunla əmək müqaviləsi bağlamışdırlar. Lakin onu da qeyd edir ki, tərəflərin bağladıqları müqavilə heç bir şəkildə qanunvericiliyin imperativ normasını üstələyə bilməz. Belə olduğu təqdirdə əmək müqaviləsinin müddəti də müəyyən olunmuş olur (24 yanvar 2024-cü il tarixdə iş icazsəinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilməlidir). Bununla da qeyd olunan əmək müqaviləsini müddətsiz əmək müqaviləsi adlandırmaq olmaz. Burada vahid və obyektiv bir müddət vardır ki, 24 yanvar 2024-cü il tarixdə əmək müqaviləsinin müddəti bitmişdir. Əgər müddət bitibsə Əmək Məcəlləsinə görə əmək müqaviləsinin müddəti bitmişdirsə həmin gün müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməlidir. Lakin əmr 01 mart 2024cü il tarixdə verilmişdir. İşçi səhlənkarlığı səbəbi ilə əmr 01 mart 2024-cü il tarixdə verilmişdir. Lakin orqan tərəfindən səhlənkarlıq səbəbi ilə yox, əmək müqaviləsi müddətsizdir və müddətli əsası ilə müqavilənin xitam olunmasıdır. Həmin əmrdə də göstərilmişdir ki, əmək müqaviləsinin müddəti 24 yanvar 2024-cü il tarixdə bitdiyindən həmin tarixdən əmək müqaviləsi ləğv olunmuş hesab edilmişdir. Şəxs 24 yanvar 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək işləməmiş 24 yanvar 2024-cü il tarixədək olan bütün ödənilməli olan bütün ödənişlər həmin şəxsə ödənilmişdir. Eyni zamanda işçi özü Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə işə bərpa tələbi ilə bağlı müraciət etmiş və məhkəmə işə baxaraq onun iddiasını rədd etmişdir. Qeyd olunanlara əsasən onlar tərəfindən vətəndaşla bağlanılan müqavilə müddətli olmuş onlar da əmək müqaviləsinə müqavilənin müddətinin qutarması əsası ilə xitam vermişdirlər. Bununla da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 05 sentyabr 2024-cü il tarixli 3-17/1-17495/2024 nömrəli “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarının ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndisi X8 izahat verərək bildirmişdir ki, hazırda qərarın qəbul edilmısi üçün əsas olan inzibati xətada məqsəd əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydad xitamı təmin etməkdir. Yəni ola bilər ki, əmək müqaviləsi bağlanılarkən səhvlik olsun. Hazırkı inzibati xətaya görə, bu əmək müqaviləsi müddətsizdirsə xitama münasibətdə ona bu əsasla yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilməz. İXM-nin 192.6-cı maddəsi isə ona görə şərti tətbiq edilmişdir ki, deyilən hallar nəzərə alınıb əmək müqaviləsi bərpa olunub doğru əsasla xitam verilməlidir. Əmək müqaviləsinə dəyişiklik olunub, müqavilənin müddəti icazənin müddətinə uyğunlaşdırıldıqdan sonra əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilərdi. Artıq bunu nizama salmaq işəgötürənin üzərindədir. Çünki təqsir birbaşa ondan törəmişdir. Digər məsələ isə, əmək müqaviləsi müddətli olsa belə geriyə doğur yəni 24 yanvar 2024-cü il tarixə doğru xitam əmri verilmişdir. Bu da Əmək Məcəlləsinə zidd bir normadır. Əgər işçi işdən çıxarılırsa hansı əsasla fərqi olmadan həmin gün rəsmiləşdirilməlidir. Yəni əmək müqaviləsinə 24 yanvar 2024-cü il tarixdə xitam verilmişdirsə əmrdə həmin tarixdə verilməlidir. Lakin onlar 24 yanvar 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş əmr isə 01 mart 2024-cü il tarixdə verilmişdir. Onlara şərti bunun üçün tətbiq edilmişdir ki, nöqsanlar aradan qaldırılaraq doğru əmək müqaviləsi bağlanılsın. Bu səbəbdən də xidmətə verilmiş şikayət baxılaraq “Baker Hughes Services İnt. LLC” şirkətinin vəzifəli şəxsi X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN 002334 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 05 sentyabr 2024-cü il tarixli 3-17/1-17495/2024 nömrəli “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” qərardan verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək kitabçasından olan qeyddən görünür ki, xx.xx.2024-cü il tarixli əmrlə 24 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinini 2-ci hissəsinin “b” bəndinə əsasən (iş icazəsinin qüvvədə olma müddətinin bitməsi əsasında əmək müqaviləsinin müddətinin başa çatması) əsası ilə xitam verilmişdir; İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 15 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, Dmitry Umrikhinin müddətsiz əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi və son haqq-hesabı xx.xx.2024-cü il tarixində ödənilərək bu Məcəllənin 83.2-ci maddəsinin tələbi pozulmuşdur. Bununla da X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tərtib edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırlması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında 05 sentyabr 2024-cü il tarixli 3-17/1-17495/2024 nömrəli qərarında görünür ki, “Baker Hughes Services İnt. LLC” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəzifəli şəxsi X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Ximdətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı qüvvədə saxlanılmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 15 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarla Dmitry Umrikhinin müddətsiz əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi və son haqq-hesabı xx.xx.2024-cü il tarixində ödənilərək bu Məcəllənin 83.2-ci maddəsinin tələbi pozulması əsası ilə X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tərtib edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırlması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. Məhkəmə iclası zamanı X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, “Baker Hughes Services İnt. LLC” şirkətinin nümayəndəliyinin direktoru İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən şərti olaraq 1700 manat məbləğində cərimə olunmuşdur. Əcnəbilərlə heç bir halda müddətsiz əmək müqviləsi bağlanıla bilməz, çünki Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi müddətli olaraq yəni əcnəbiyə verilən icazənin müddətinə uyğun bağlanılmalıdır. Onlar əcnəbiylə texniki yanlışlıq səbəbi ilə müddətsiz əmək müqaviləsi bağlamışdırlar. Əmək müqaviləsi bağlanmamışdan qabaq onlar əcnəbi üçün iş icazəsi alıb daha sonra onunla əmək müqaviləsi bağlamışdırlar. Lakin onu da qeyd edir ki, tərəflərin bağladıqları müqavilə heç bir şəkildə qanunvericiliyin imperativ normasını üstələyə bilməz. Belə olduğu təqdirdə əmək müqaviləsinin müddəti də müəyyən olunmuş olur (24 yanvar 2024-cü il tarixdə iş icazsəinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilməlidir). Bununla da qeyd olunan əmək müqaviləsini müddətsiz əmək müqaviləsi adlandırmaq olmaz. Burada vahid və obyektiv bir müddət vardır ki, 24 yanvar 2024-cü il tarixdə əmək müqaviləsinin müddəti bitmişdir. Əgər müddət bitibsə Əmək Məcəlləsinə görə əmək müqaviləsinin müddəti bitmişdirsə həmin gün müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməlidir. Lakin əmr 01 mart 2024cü il tarixdə verilmişdir. İşçi səhlənkarlığı səbəbi ilə əmr 01 mart 2024-cü il tarixdə verilmişdir. Lakin orqan tərəfindən səhlənkarlıq səbəbi ilə yox, əmək müqaviləsi müddətsizdir və müddətli əsası ilə müqavilənin xitam olunmasıdır. Həmin əmrdə də göstərilmişdir ki, əmək müqaviləsinin müddəti 24 yanvar 2024-cü il tarixdə bitdiyindən həmin tarixdən əmək müqaviləsi ləğv olunmuş hesab edilmişdir. Şəxs 24 yanvar 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək işləməmiş 24 yanvar 2024-cü il tarixədək olan bütün ödənilməli olan bütün ödənişlər həmin şəxsə ödənilmişdir. Eyni zamanda işçi özü Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə işə bərpa tələbi ilə bağlı müraciət etmiş və məhkəmə işə baxaraq onun iddiasını rədd etmişdir. Qeyd olunanlara əsasən onlar tərəfindən vətəndaşla bağlanılan müqavilə müddətli olmuş onlar da əmək müqaviləsinə müqavilənin müddətinin qutarması əsası ilə xitam vermişdirlər. Bununla da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 05 sentyabr 2024-cü il tarixli 3-17/1-17495/2024 nömrəli “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarının ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə göstərilən xüsusatla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsdə imperativ şəkildə göstərilir ki, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsindən görünür ki, qanunvericilik imperativ şəkildə tələb edir ki, əcnəbi ilə olan əmək müqaviləsi iş icazəsinin qüvvədə olduğu müddətə bağlanmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, həqiqətən də Dövlət Miqrasiya Xidməti tərəfindən X7 İİ - ******* nömrəli 24 yanvar 2023-cü il tarixli iş icazəsi verilmişdir və həmin iş icazəsinin müddətinin - 24 yanvar 2024-cü il tarixinədək olması göstərilmişdir. Dmitry Umrikhin ilə bağlanmış əmək müqaviləsindən görünür ki, həmin əmək müqaviləsinin müddətsiz bağlanması göstərilmişdir. Halbuki, tərəflərin bağladıqları müqavilə heç bir şəkildə qanunvericiliyin imperativ normasından (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi) üstün ola bilməz. Belə olduğu təqdirdə əmək müqaviləsinə iş icazsəinin müddəti bitdiyi üçün xitam verilməlidir. Buna görə də, qeyd olunan əmək müqaviləsini müddətsiz əmək müqaviləsi adlandırmaq olmaz. Qanunvericiliyn tələbi baxımından müddət bitdiyindən və yanlış olaraq bağlanılmış (yəni müddətli bağlanmalı olmasına baxmayaraq müddətsiz bağlanmış) əmək müqaviləsinə başqa əsasla xitam verilməsi mümkün olmadığından sözügedən əmək müqaviləsinə vəzifəli şəxs tərəfindən xitam verilməsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Dmitry Umrikhin ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməli olduğu halda, işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsini xx.xx.2024-cü il tarixli əmrlə rəsmləşdirmişdir ki, əmrin gec verilməsi İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarı bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası ƏƏSMN-nin X9 Xidmətinin 3-17/1-17495/2024 nömrəli 05 sentyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” Qərarı ləğv edilməli, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası ƏƏSMN-nin X9 Xidmətinin 3-17/1-17495/2024 nömrəli 05 sentyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” Qərarı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1048/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1048/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver