Məhkəmə qərarları › İş №3(008)-1053/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1053/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1053/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, Azərbaycan Respublikası DİN Baş X15 İdarəsinin nümayəndəsi X2, X1 müdafiəçisi Xırdalan şəhər vəkil bürounun vəkili Nümayəndə iştirakları ilə, X3 müdafiəçisi Nümayəndə Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 müdafiəçisi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2021-ci il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X6 istifadəsində olan “X5” markalı, **-JA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 07 oktyabr 2021-ci il tarixdə Nizami rayonu, Əli Vəliyev küçəsi ilə üzü Mehdi Abbasov istiqamətində hərəkət edib, həmin küçələrin kəsişməsinə az qalmış sağa dönmə siqnalını yandıraraq sağa dönən zaman küçə boyu onun idarə etdiyi nəqliyyat vasitəsinin arxasınca hərəkətdə olan yol hərəkətinin digər iştirakçısı “Hyudai Accent” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Əli Vəliyev küçənin iki hərəkət zolaqlı olmasına baxmayaraq sözügedən yolların kəsişməsində sağ zolağın sola nisbətən enli olmasından istifadə edərək nizamlanmayan yolayırıcında sağdan ötmə əməliyyatı etmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Buna baxmayaraq Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2021-ci il tarixli, TP ******* saylı qərarla X6 təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir.İşin halları ilə müəyyən olunur ki, “Hyundai Accent” markalı avtomaşının sürücüsü Rövşən Cabarlının idarə etdiyi nəqliyyat vasitəsini nizamlanmayan yolayərəcəna çatarkən sağdan ötmənin qadağan olunmasına baxmayaraq sürətini artırmaqla ötməklə və bununla da sağa dönməkdə olan nəqliyyat vasitəsinə maneçilik törətməklə maddi hüquq normasının tələblərini kobud şəkildə pozmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 3(008)- 1053/2022 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 3(103)-2358/2022 saylı qərarı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 3(008)- 1053/2022 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X1 müdafiəçisi Nümayəndə şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, “Əli Vəliyev küçəsində yol dar olduğundan yolun genişlənən hissəsinə çatanadək “Hyudai Accent” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomaşın X3 istifadəsində olan “X5” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxasıyca gəlmiş, sonradan yol genişləndikdə “Hyudai Accent” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtobusu sağdan ötərək keçmiş, yolayırıcına çatanda isə avtobus sağa dönmək istəyərkən həmin avtomaşının sürücüsü ötmə əməliyyatı edərək sağa keçdiyindən və sağa dönmək istədiyindən avtobusla toqquşmuşdur.Bu isə onu deməyə əsas verir ki, həmin yolda avtomaşının avtobusu sağdan ötməsi “Yol-hərəkəti haqqında” AR Qanunun tələblərinə ziddir. Bundan əlavə müdafiəçi bildirmişdir ki, o, iş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi ilə razılaşmır və hesab edir ki, həmin sxem düzgün çəkilməmişdir. Belə ki, onun komputerində özünün hadisədən sonra qeydə aldığı və yol-nəqliyyat hadisəsinin baş verdiyi küçənin görüntüsü var. Həmin yolda avtomaşının ötmə əməliyyatı edərək avtobusun sağında dayanmasının və həmin şəraitdə avtobusun avtomaşından solda dayanaraq sağa dönərkən həmin avtomaşınla toqquşması mümkün deyil. Göstərilənlərə əsasən, tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş edir. Sədrlik edənin sualına cavab olaraq müdafiəçi bildirmişdir ki, yol-nəqliyyat hadisəsinin sxeminə avtobus sürücüsü X7 tərəfindən imza edilməsinin səbəbi onun hüququ bilməməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Baş X15 İdarəsinin nümayəndəsi X8 hazırki yol-nəqliyyat hadisəsi ilə bağlı X15 İdarəsində kifayət qədər araşdırma aparıldığını, işin həqiqi hallarının tam və hərtərəfli araşdırıldığını, avtobusun məhz orta hissəsindən avtomaşınla toqquşmasının məhz avtobus sürücüsü tərəfindən yolayırıcını keçmə qaydalarını pozmasına dəlalət etdiyini, qeyd olunan yolun genişlənən hissəsində avtomaşının sağda qalan boş hissədə dayanmasının və sağa dönmə əməliyyatını etməsinin mümkün olduğunu və qanun pozuntusu olmadığını, əksinə sağda avtomaşının dayanaraq sağa dönmə əməliyyatı edərkən avtobusun soldan həmin avtomaşına yol vermədən sağa dönməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu qeyd edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq səlahiyyətli orqanın nümayəndəsi hadisənin baş verdiyi yolda şəhər kameralarının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 21 oktyabr 2021-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X6 “X5” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayırıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yolun iş materiallarına əlavə edilmiş (səh 25) fotoşəklindən görünür ki, hadisənin baş verdiyi yolun genişlənmiş hissəsində paralel olaraq üç cərgədə avtomaşının dayanması mümkündür. 07 oktyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinin iştirakçıları olan hər iki sürücü tərəfindən imzalanmış “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, hadisənin baş verdiyi yolda yolun sağ hissəsində avtomaşının dayanmasına baxmayaraq avtobusun sürücüsü həmin avtomaşının solundan sağa dönmə əməliyyatı həyata keçirərək sağ tərəfdə dayanmış avtomaşının qabaq sol qabaq hissəsi ilə toqquşmuşdur (səh 38). Hadisə günü “X5” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 verdiyi izahatın məzmunundan görünür ki, o, 07 oktyabr 2021-ci il tarixdə, saat 12:36-da yol vərəqəsi ilə idarə etdiyi avtobusla Ə.Vəliyev küçəsindən M.abbasov küçəsinə dönərkən avtomobilin sağ yan hissəsi ilə sağında olan eyni istiqamətdə sağa dönən “Hyudai Accent” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq yan hissəsi ilə toqquşmuşdur. Hadisə günü “Hyudai Accent” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 verdiyi izahatdan görünür ki, o, 07 oktyabr 2021-ci il tarixdə, saat 12:36-da etibarnamə ilə idarə etdiyi “Hyudai Accent” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Vəliyev küçəsindən M.Abbasov küçəsi istiqamətində hərəkət edib yolayırıcına daxil olarkən solunda onunla eyni istiqamətdə hərəkət edən “X5” markalı, **- JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yolayırıcına düzgün daxil olmadığından avtobusun sağ yan hissəsi ilə onun avtomobilinin sol qabaq hissəsini vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə şikayətçi tərəfin dəlillərini, səlahiyyətli orqanın nümayəndəsinin izahatında göstərdiyi xüsusatları, iş materiallarında olan sənədləri və yol-nəqliyyat hadisəsi iştirakçılarının hadisə günü verdikləri izahatları nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2021-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslıdır və həmin qərarın ləğvi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş 07 oktyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisənin baş verdiyi yolda yolun sağ hissəsində avtomaşının dayanmasına baxmayaraq avtobusun sürücüsü həmin avtomaşının solundan sağa dönmə əməliyyatı həyata keçirərək sağ tərəfdə dayanmış avtomaşının qabaq sol qabaq hissəsi ilə toqquşmuşdur. Həmin sxemlə yol-nəqliyyat hadisəsini iştirakçıları tanış edilmiş və onlar hadisənin sxemdə göstərilən mexanizmi ilə razılaşaraq həmin sexmi imzalamışlar. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3 yol-nəqliyyat hadisəsinin sxemini hüququ bilməməsi səbəbindən imzaladığını göstərsə də, məhkəmə ilk növbədə onu qeyd edir ki, qanunu bilməmək şəxsin məsuliyyətdən azad edilməsi və etdiyi hərəkətlərin nəticələrinə görə cavab verməkdən boyun qaçırması üçün əsas ola bilməz. Bundan savayı, iş materiallarına əlavə edilmiş (səh 37) inzibati xəta haqqında İXP 424811 saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda X6 inzibati xəta haqqında protokolla, yəni yol-nəqliyyat hadisəsində təqsirli olmasına dair gəlinmiş qənaətlə razı olmadığını bildirmişdir ki, bu da şəxsin öz hüquqlarını kifayət qədər bilməsi, yol-nəqliyyat hadisəsinin sxeminin düzgün tərtib olunmadığı təqdirdə onunla razılaşmayaraq imzalamaması imkanına malik olduğuna dair məlumatlı olmasına dəlalət edir. Əgər həqiqətən də X6 müdafiəçinin göstərdiyi kimi kortəbii şəkildə polis əməkdaşının verdiyi bütün sənədləri imzalamış olsaydı, inzibati xəta haqqında protokolu da müvafiq qeyd yazmadan (protokolla razı olmamasına dair qeyd) imzalayardı. Bununla yanaşı, X3 özünün hadisə günü verdiyi izahatından görünür ki, o, məhz yolnəqliyyat hadisəsinin sxemində göstərilən mexanizmə uyğun şəkildə izahat verərək idarə etdiyi avtobusla Ə.Vəliyev küçəsindən M.abbasov küçəsinə dönərkən avtomobilin sağ yan hissəsi ilə sağında olan eyni istiqamətdə sağa dönən “Hyudai Accent” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq yan hissəsi ilə toqquşduğunu bildirmişdir. Digər sürücü də eyni məzmunlu izahat verərək “Hyudai Accent” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Vəliyev küçəsindən M.Abbasov küçəsi istiqamətində hərəkət edib yolayırıcına daxil olarkən solunda onunla eyni istiqamətdə hərəkət edən “X5” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yolayırıcına düzgün daxil olmadığından avtobusun sağ yan hissəsi ilə onun avtomobilinin sol qabaq hissəsini vurduğunu bildirmişdir. Məlum məsələdir ki, eyni istiqamətdə dayanmış iki nəqliyyat vasitələri sağa dönmə əməliyyatı həyata keçirərkən sağ tərəfdə dayanmış nəqliyyat vasitəsi üstünlük hüququna malikdir və solda dayanan nəqliyyat vasitəsi sağa dönmə əməliyyatı həyata keçirərkən sağda dayanmış və sağa dönən nəqliyyat vasitəsini gözləməklə sağa dönmək hüququna malikdir. Lakin hazırki işin materiallarından və məhkəmə iclasında müəyyən olunan hal olunan ondan ibarətdir ki, “Hyudai Accent” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağda dayanaraq sağa dönmə hərəkəti etmək istədiyi vaxt ondan solda dayanmış “X5” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü sağa dönmə əməliyyatını həyata keçirərkən özündən sağda dayanmış nəqliyyat vasitəsinin sağa dönmə əməliyyatını başa çatdırmasını gözləmədən yolayırıcına daxil olaraq həmin avtomobili vurmuşdur. Məhkəmə onu da qeyd edir ki, “X5” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun məhz orta hissəsindən əzilməsi (proses iştirarakçılarının da təsdiq etdiyinə görə), digər minik avtomobilinin isə məhz qabaq sol hissəsindən zədələnməsi yol-nəqliyyat hadisəsinin 07 oktyabr 2021-ci il tarixli “Yol-nəqliyyat hadisəsi” sxemində göstərilən mexanizmə uyğun baş verməsini bir daha təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 müdafiəçisi Nümayəndə Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 müdafiəçisi Nümayəndə Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar