Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-107/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4 X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2688/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən yığılmış 5500 manat borcun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bu barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən MN № ******* saylı, 08 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X7 göstərmişdir ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2688/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən yığılmış 5500 manat borcun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Ona görə də Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, məhkəmə boşandıqdan sonra X3 ilə barışmış və birlikdə yaşamışlar. Hal-hazırda Sevinc Səfərova ilə razılaşmış, barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra tələbkara olan borcundan 120 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı zamanı tələbkar X3 izahatında borclu ilə barışdığınını bildirərək 08 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tələbkarın, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs mövqeyini dinləyib, iş materiallarını araşdıraraq Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 08 yanvar 2024-cü il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialları Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-107/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-107/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver