Məhkəmə qərarları › İş №3(008)-1077/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1077/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1077/2021 04.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, Əliyev Amil Vaqif oğlu tərəfindən Bakı şəhər, Nizami Rayon 24-cü Polis Şöbəsinin rəisi S.F.Qarayevin inzibati tənbeh haqqında 03 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Əliyev Amil Vaqif oğlu Bakı şəhər, Nizami Rayon 24-cü Polis Şöbəsinin rəisi S.F.Qarayevin inzibati tənbeh haqqında 03 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə müraciət edərək, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə qəbul edilmiş qərarın dəğv edidməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayət vermiş şəxs Əliyev Amil Vaqif oğlu və qərarından şikayət verilmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami RPİ-in 24-cü Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Əliyev Amil Vaqif oğlunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs Əliyev Amil Vaqif oğlu şikayəti onunla əsaslandırmışdır ki, 03 dekabr 2020-ci il tarixdə, saat 10:00 radələrində «Neftçilər» metrostansiyasının çıxışında ağzında maska olduğu halda polis əməkdaşı onu Polis Şöbəsinə aparmışdır. Polis Şöbəsində onu saxlayıb, cəriməni yerində ödənilməsini tələb etmişlər. Belə ki, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəh., Nizami Rayon 24-cü Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi Əliyev Amil Vaqif oğlu tərəfindən məhkəməyə təqdim olunmadı. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, Əliyev Amil Vaqif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və Əliyev Amil Vaqif oğlunun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı: MN №0817227 saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsinə dair Əliyev Amil Vaqif oğlunun şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar