Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1084/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X25 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-nin rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2zifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs Şəxs 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci tarixli 2- 2(82)-167/18 saylı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(008)-3881/2012 saylı və icraatın birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda qeyd olunan icra işləri üzrə vəzifəli şəxs Şəxs icrasından boyun qaçırmışdır. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X12 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə vəzifəli şəxs Şəxs yazılı xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən vəzifəli şəxs Əhmədov X15 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 26 fevral 2024-cü il tarixdən “X18 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən öz xahişi ilə azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin ASC-nin vergi borcu olduğuna görə əmək müqaviləsinin xitamı sistemə əlavə edilə bilməmişdir. 26 fevral 2024-cü il tarixli K-65 nömrəli əmri məhkəməyə təqdim edir, qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslərin nümayəndələri məhkəməyə gəlməmişdir, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə zərərçəkmiş şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-167/2018 saylı icra sənədindən görünür ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh “X18 birliyi” TASC arasında bağlanmış 25 may 2016-ci il tarixli podrat müqaviləsi və 16 noyabr 2016-cı il tarixli əlavə saziş ləğv edilmiş və yaranmış 159.400 manat borc və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 5 manatı cavabdeh “X18 birliyi” TASC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməmiş, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 25 manatı iddiaçı "xxxx" MMC-yə aid edilməlidir; icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-167/2018 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli 2(008)- 3881/2012 saylı icra sənədindən görünür ki, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixə qədər 4.891 manat 25 qəpik məbləğində vurulmuş zərərə görə ödənc borcu, həmçinin vurulmuş mənəvi zərərə görə 500 manat, cəmi 5.391 manat 25 qəpik “X18 birliyi” TASCdən tutularaq X5 ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir; icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 birliyi” TASC-nə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2013-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli 2(008)-3881/2012 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(82)-1623/2011 saylı icra sənədindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" TASC-yə qarşı cavabdehdən xx.xx.2005-ci ildə audit xidməti ilə əlaqədar bağlanmış müqavilə üzrə cəmi 16028 manat (2000 manat əsas borc + 14028 manat cərimə faizi) pul vəsaitlərinin iddiaçının xeyrinə tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir; icraata başlamaq haqqında xx.xx.2014-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” TASC-nə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2014-cü il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(82)-1623/2011 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(82)-1491/2014 saylı icra sənədindən görünür ki, “X18 birliyi” X28 Cəmiyyətindən 22087 manat 50 qəpik üzvlük haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq Azərbaycan Metal İşçilər Həmkarlar İttifaqı Federasiyasına ödənilməlidir; icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" ASC-yə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2015-ci il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(82)-1491/2014 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli 2(008)- 7862/2014 saylı icra sənədindən görünür ki, “X18 birliyi” TASC-dən əmək xəsarətinə görə 01 sentyabr 2014-cü il tarixədək birdəfəlik 5342.80 manat məbləğində pul vəsaiti tutularaq, X7 ödənilməlidir; icraata başlamaq haqqında xx.xx.2014-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” TASC-nə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2014-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli 2(008)-7862/2014 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2012-ci il tarixli 2(008)- 2173/2012 saylı icra sənədindən görünür ki, “X18 birliyi” X28 Cəmiyyəti tərəfindən X3 əmək haqqı üzrə 947 manat 76 qəpik, 2007-2008-ci illər üzrə məzuniyyət haqqı 219 manat 14 qəpik, işdən çıxma üzrə son haqq-hesab 192 manat 68 qəpik, cəmi 1359 manat 58 qəpik ödənilməlidir; icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2012-ci il tarixli 2(008)-2173/2012 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2013-cü il tarixli 2(008)- 2557/2013 saylı icra sənədindən görünür ki, cavabdeh “X18 Birliyi” TASC-dən 372,07 manat tutulub iddiaçı X8 verilməlidir; icraata başlamaq haqqında 30 iyul 2013-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” TASC-nə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2013-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2013-cü il tarixli 2(008)-2557/2013 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2013-cü il tarixli 3(008)- 195/2013 saylı icra sənədindən görünür ki, “X18 Birliyi” TASC Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2014-cü il tarixli 2(82)-1491/2014 saylı icra sənədindən görünür ki, “X18 Birliyi” X28 Cəmiyyətindən 22087 manat 50 qəpik üzvlük haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq Azərbaycan Metal İşçilər Həmkarlar İttifaqı Federasiyasına ödənilməlidir. icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" ASC-yə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2015-ci il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2014-cü il tarixli 2(82)-1491/2014 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli 2-1(82)- 916/2017 saylı icra sənədindən görünür ki, 01 yanvar 2014-cü il tarixdən 01 iyul 2016-cı il tarixədək olan dövr ərzində 259682,44 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun cavabdeh “X18 Birliyi” X28 Cəmiyyətinin əmlakının satılması yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsinin xeyrinə tutulmuşdur; icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” X28 Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli 2-1(82)-916/2017 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli 2iq(82)- 2098/2012 saylı icra sənədindən görünür ki, cavabdeh “X18 Birliyi” X28 Cəmiyyətinin məcburi dövlət sosial sığorta haqları üzrə əsas borc 260172,72 manat, penya və maliyyə sanksiyası – 63682,65 manat, ümumilikdə 323855,37 manat borcu əmlakının satılması yolu Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentinin xeyrinə tutulmalıdır; icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” X28 Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2013-cü il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli 2iq(82)-2098/2012 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2013-cü il tarixli 2iq(82)- 570/2013 saylı icra sənədindən görünür ki, cavabdeh “X18 Birliyi” X28 Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin 271,51 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcu əmlakının satılması yolu ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X29 Departamentinin xeyrinə tutulmuşdur. 20 manat məbləğində dövlət rüsumu cavabdeh X18 Birliyi TASC-nin Həmkarlar İttifaqı Komitəsindən dövlət büdcəsinin xeyrinə tutulmuşdur; icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” X28 Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2013-cü il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2013-cü il tarixli 2iq(82)-570/2013 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(008)- 3592/2019 saylı icra sənədindən görünür ki, "xxxx" TASC-dən 1999-cu və 2018-ci illərin istifadə etmədiyi əmək məzuniyyətinin əvəzi olaraq hesablanmış 3304.93 manat pul məbləği iddiaçı X14 xeyrinə tutulmalıdır; icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" TASC-nə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(008)-3592/2019 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2iq(82)- 1201/2013 saylı icra sənədindən görünür ki, cavabdeh “X18 Birliyi” X28 Cəmiyyətindən iddiaçı X13 xeyrinə 12409,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmuşdur; icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” X28 Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2013-cü il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2iq(82)-1201/2013 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixdə 2(008)- 160/2021 saylı icra sənədindən görünür ki, cavabdehlər X2 və “X20 və Maşınqayırma” ASC-dən müştərək qaydada 60,000 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı X9 xeyrinə ödənilməlidir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 və Maşınqayırma” ASC-yə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixdə 2(008)-160/2021 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixdə 3(008)- 2736/2023 saylı icra sənədindən görünür ki, hüquqi şəxs Sabunçu-Elmi-İstehsalat Birliyi TASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 və Maşınqayırma” ASC-yə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixdə 3(008)-2736/2023 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2012-ci il tarixdə 2(008)- 211/2012 saylı icra sənədindən görünür ki, X17 998.92 manat əmək haqqı, 242.08 manat 2008-ci il üzrə məzuniyyət haqqı, 179.32 manat son haqq-hesab üzrə, cəmi 1419.32 manat “X18 Birliyi” X28 Cəmiyyəti tərəfindən X17 ödənilməlidir; icraata başlamaq haqqında xx.xx.2012-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” X28 Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2012-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2012-ci il tarixdə 2(008)-211/2012 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin 02 may 2010-cu il tarixli 2(82)-466/2010 saylı icra sənədindən görünür ki, “X18 Birliyi” X28 Cəmiyyətindən 72100 Rusiya Federasiyası rublunun xx.xx.2007-ci il tarixə olan Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi nəzərə alınaraq Azərbaycan manatı ilə, xx.xx.2007-ci il tarixli 19/01- 08 saylı müqavilə üzrə 72100 Rusiya Federasiyası rublu məbləğində dəbbə pulunun xx.xx.2007-ci il tarixə olan Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi nəzərə alınaraq Azərbaycan manatı ilə və Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 213526 Rusiya Federasiyası rublu məbləğində faizlərin məhkəmə qətnaməsi çıxan tarixə olan Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi nəzərə alınaraq Azərbaycan manatı ilə və 20 manat dövlət rüsumu Rusiya Federasiyasının "xxxx" MMC-nin xeyrinə tutulmalıdır; icraata başlamaq haqqında xx.xx.2010-cu il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” X28 Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2010-cu il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2010-cu il tarixli 2(82)-466/2010 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə 2(008)-889/2022 saylı icra sənədindən görünür ki, cavabdeh “X18 və Maşınqayırma” ASC-dən 1904.9 manat məbləğində pul vəsaiti X10, 2783.94 manat məbləğində pul vəsaiti X6 və 3006.36 manat məbləğində pul vəsaiti isə X1 xeyrinə tutulmalıdır; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə 2(008)-889/2022 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Apellyasiya Məhkəməsinin nzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2013-cü il tarixli 2-1(103)-224/2013 saylı icra sənədindən görünür ki, cavabdeh "xxxx" X28 Cəmiyyətindən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq manatın məzənnəsi ilə 81.698,93 rubl tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir; icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” TASC-yə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2013-cü il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2013-cü il tarixli 2-1(103)-224/2013 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli 2(82)-540/2009 saylı icra sənədindən görünür ki, "xxxx" X28 Cəmiyyətinin girov qoyulmuş 39 ədəd PKR- 560M, 1 ədəd UNİT-100X 250 aqreqat, 1 ədəd LSQ10A aqreqat, 1 ədəd LSQ-10A üstavadanlıq, 1 ədəd ÇNO-125x32 üst avadanlıq və 300 ədəd nasos NŞ-50, NŞ-32 avadanlıq növləri hesabına 64840 manat məbləğində borc, o cümlədən 45745 manat əsas borc və 19095 manat faiz borcu, 20 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Girov qoyulmuş əmlakın satışından əldə olunan vəsait tələbin ödənilməsinə kifayət etmədikdə borcun tutulması “X18 Birliyi” X28 Cəmiyyətinin digər əmlakına yönəldilməlidir; icraata başlamaq haqqında xx.xx.2011-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 Birliyi” TASC-yə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2011-ci il tarixli bildirişin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli 2(82)-540/2009 saylı sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(008)-157/2022 saylı icra sənədindən görünür ki, “X18 və Maşınqayırma” ASC Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(008)-157/2022 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(008)-540/2020 saylı icra sənədindən görünür ki, “X18 və Maşınqayırma” ASC Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir; icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X18 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(008)-540/2020 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; İcraatın birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2(82)-466/2010 saylı xx.xx.2010-cu il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-889/2022 saylı 01,02.2022-ci il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-160/2021 saylı xx.xx.2021-cu il tarixli, 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2iq(82)-1623/2011 saylı, xx.xx.2014-cü il tarixli, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-167/2018 saylı xx.xx.2018-ci il tarixli, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2(82)-540/2009 saylı xx.xx.2010-ci il tarixli, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-1491 /2014 saylı xx.xx.2014-ci il tarixli, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-1285/2014 saylı xx.xx.2014-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-366(4)-128/2007 saylı xx.xx.2008-ci il tarixli, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2083/1-192 saylı, 23.01,2006-ci il tarixli, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2iq(82)-2098/2012 saylı, xx.xx.2012-ci il tarixli, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2iq(82)-570/2013 saylı, xx.xx.2013-ci il tarixli, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2iq(82)-1201/2013 saylı, xx.xx.2013-cü il tarixli, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2iq(82)-825/2012 saylı, xx.xx.2013-cü il tarixli, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-916/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2 sayiı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-167/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apeilyasiya Məhkəməsinin 2-1(103)-224/13 saylı xx.xx.2013-cü il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-157/2022 saylı 05.01 2022-cü il tarixli Sabunçu Rayon Məhkəməsinin 3(008)-2557/13 saylı xx.xx.2013-cü tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-211/2012 saylı xx.xx.2012-ci il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2173/2012 saylı xx.xx.2019-cü il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3881 /2012 saylı xx.xx.2012-ci il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7862/2014 saylı xx.xx.2014-ci il tarixli, Sabunçu Rayon Məhkəməsinin 3(008)-2736/2023 saylı xx.xx.2023cü il tarixli, Sabunçu Rayon Məhkəməsinin 3(008)-540/2020 saylı xx.xx.2020-ci il tarixli, 1 saylı Bakı inzibati İqtisadi Məhkəməsinin 485/4-105/2009 saylı xx.xx.2009-cu ıl tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3637/2021 saylı xx.xx.2021-cu il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3592 saylı xx.xx.2019-cu il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir; Şəxs əmək müqaviləsinə xitam verilməsi haqqında 26 fevral 2024-cü il tarixli K-65 nömrəli Əmrdən görünür ki, Şəxs 2024-cü il 26 fevral tarixindən “X18 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən öz xahişi ilə azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, “X18 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs vəzifəli şəxs hesab edilməlidir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 26 fevral 2024-cü il tarixdən “X18 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən öz xahişi ilə azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin ASC-nin vergi borcu olduğuna görə əmək müqaviləsi sistemə əlavə edilə bilməmişdir. 26 fevral 2024-cü il tarixli K-65 nömrəli əmri məhkəməyə təqdim edir, qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Şəxs hazırda X18 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işləməməsi barəsində izahatı özünümüdafiə xarakterli izahat kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs əmək müqaviləsinin xitamı elektron informasiya sisteminə daxil edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında bu halı təsdiq edərək göstərmişdir ki, ASC-nin vergi borcu olduğuna görə əmək müqaviləsinin xitamı sistemə əlavə edilə bilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən Şəxs əmək müqaviləsi hazırda qüvvədə olduğundan o vəzifəli şəxs hesab edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində protokol tərtib edilmiş şəxsin, icra məmurunun çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib etmiş vəzifəli şəxs Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1084/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1084/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver