Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1088/2023 16.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 16 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzində tibbi müayinəsi zamanı tərtib edilmiş rəyə əsasən narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə inzibati protokolu tərtib etmiş Bakı şəhəri Sabuncu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə etdi və izahatında göstərdi ki, polis əməkdaşları xx.xx.2023-cü il tarixdə xidməti ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsə suallar versələr də, həmin şəxs suallardan yayınmışdır. Bundan sonra şəxsiyyətini təsdiq edən sənədi soruşduqda sənədi üzərində olmamışdır. Üzərində hər hansı bir sənəd olmadığı üçün o, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində onun Şəxs olduğu müəyyən edilmişdir. Tibbi müayinə zamanı onun narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Bununla əlaqədar Cəsarət Atakişiyevin əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib olunmuş protokolun təmin olunmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol edilən şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə təqsirli bildi və ifadəsində göstərdi ki, 16 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Üzərində heç bir sənəd olmadığı üçün onu Bakı şəhəri Sabuncu RPİ-nin 14-cü Polis Şöbəsinə gətirmişlər. Özü iki ilə yaxındır ki, narkotik vasitə qəbul edir. Narkotik vasitə heroindən istifadə etmişdir. Əməlindən səmimi peşmandır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs əməli öz ifadəsi, tərtib olunmuş inzibati xəta haqqında protokolla, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi, inzibati qaydada tutma haqqında protokolu və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı 16 fevral 2023-cü il tarixli 864 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MTD(+), MOP(+), OPİ(+), AMP(+), və MDMA(+) aşkar edildi. Şəxs "opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlini səmimi etiraf etməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edib qiymətləndirir, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada həbs edilməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilən şəxs Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114-115, 117, 206-cı maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 16 gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 15 fevral 2023-cü il, saat 21:30-dan tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində qərar Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verildiyi vaxtdan icra edilsin. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi üçün isə Bakı şəhəri Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-1088/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1088/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver