Məhkəmə qərarları › İş №3(008)-1088/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1088/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1088/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər Sabunçu rayon X16 Şöbəsi tərəfindən qəbul edilmiş 20 yanvar 2025ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu rayon X16 Şöbəsinin 20 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 17 yanvar 2025-ci il tarixində, saat 16 radələrində, Bakı şəhəri Sabunçu rayonu ərazisində, X7 məxsus 77LD171 d.q.n. avtomobili etibarnamə əsasında baş yol ilə idarə edərkən həmin yol ilə kəsişən, ara yoldan mənim idarə etdiyi yol ilə avtomobillərə yol verilməsi tələb olunan halda yol hərəkəti qaydalarını pozaraq qəflətən idarə etdiyi avtomobilin üzərinə (sağ yan tərəfdən) sonradan adını bildiyi X10 idarə etdiyi 02BR923 d.q.n. avtomobili yüksək sürətlə sürərək (sol ön hissəsinin toqquşması nəticəsində) yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədən yayınmağa çalışsada (son zərurət vəziyyətində), bu mümkün olmamışdır. Hadisədən dərhal sonra Y.Tağıyev avtomobili hadisə yerindən uzaqlaşdırmışdır. Dərhal DİN 102 qaynar xəttinə məlumat verilməsinə baxmayaraq hadisə yerinə araşdırmanı aparan polis əməkdaşları gəlməmişdir. Əvəzinə yol-patrul xidməti sürücülük vəsiqələrini alaraq növbəti gün polisə yaxınlaşmağını bildirmişlər. Etirazını bildirdikdə ki, heç bir maddi sübütlar toplanmamış, hadisə yerində məsul vəzifəli şəxs tərəfindən araşdırma aparılmamış, şahidlər dindirilməmiş, müvafiq prosessual hərəkətlər edilməmiş, həmçinin yol hərəkəti qaydalarını pozmuş Y.Tağıyevin əməllərinə dair protokol tərtib edilməmişdir, ona polis kamera vasitəsilə araşdıracaq cavabı verilmişdir. Növbəti gün Sabunçu rayon DYPŞ inspektoru Mirzəyev Sahib izahat yazmağını, hər şey aydın olduğunu və əlavə kamera görüntüsü üçün müraciət etdiyini bildirərək yenidən heç bir protokol və ya qərar barədə məlumat verməmiş və təqdim etməmişdir, kamera görüntüsünü də göstərməmişdir. Əvəzində bir müddət sonra sığorta şirkətinə müraciət etdikdə məlum olmuşdur ki, sözügedən hadisədə mənə və mənim idarə etdiyim avtomobilə anidən qəsdən çırpılan Y.Tağıyevə eyni maddə ilə (İXM-nin 327.1-ci maddəsi) qeyri-qanuni protokollar tərtib edilmiş və qərarlar verilmişdir. Güya eyni istiqamətli yolda hərəkət edilmiş, halbuki 02BR923 d.q.n. avtomobil anidə ara yoldan çıxaraq onun baş yolda idarə etdiyi avtomobilə çırpılmışdır. Hətta qarşı tərəfin həmin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması da qanunsuz qərarda öz əksini tapmamışdır. Hadisə yerinə gəlməyən inspektor Sahib Mirzəyev güya avtomobilin qadın olan sahibinin vanında olmasını qeyd etmişdir, halbuki hadisə yerində olarkənorada hər hansı qadını görməmişdir. Nəticədə Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 inspektoru Sahib Mirzəyevin və digərlərinin qeyri-qanuni əməlləri nəticəsində o həmçinin reqress hüququnun məhdudlaşdırılması səbəbindən əmlak hüquqlarımdan da məhrum olmuşdur. Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 inspektoru Sahib Mirzəyev inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayıb və həyata keçirməli idi. AR İXM-nin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Amma, inspektor Sahib Mirzəyev və digərləri qəsdən sürücünün törətdiyi hadisəni, hadisə zamani avtomobili idarə etmək hüququnun olmamasini, yerindən yayinma hallarını gizlətmiş və hadisədə mənim də güya pozuntu etməyimi (heç bir sübüt olmadan və bu halın texniki cəhəddən mümkün olmadığı halda) qeyri-qanuni rəsmiləşdirməklə sığorta şirkətindən sığorta ödənişi almağına şərait yaratmışdır. Bununla da inspektor vəzifə səlahiyyətlərini aşaraq və sui-istifadə edərək, aldatma yolu ilə mənim hüquqlarımı pozmuş, həmçinin yaranan əmlak hüquqlarıma zərər vurmuşdur. Sabunçu rayon Polis İdarəsinin Dövlət X15 baş inspektoru Sahib Mirzəyevin İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul etdiyi 20 yanvar 2025-ci il tarixli TP ******* qərarı ləğv edilsin və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilsin. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Bakı şəhər Sabunçu rayon X16 Şöbəsi tərəfindən qəbul edilmiş 20 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 yanvar 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixində saat 16:30-da Bakı, Babək (Zabrat), 53 ünvanı ərazisində “VOLKSWAGEN İD4 X PRO” minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 20 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixində saat 16:30-da Bakı, Babək (Zabrat), 53 ünvanı ərazisində “VOLKSWAGEN İD4 X PRO” minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. X4 iş materiallarında olan izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:30-da Nardaran qəsəbəsində idarə etdiyi VOLKSWAGEN markalı maşınla Nardaranda kənd yolu ilə hərəkətdə olarkən ara küçədən hərəkət edən VAZ 2107 markalı avtomaşın arxadan qarşısına çıxaraq avtomaşınının sağ yan hissəsini vurmuşdur. Qaçırtmağa çalışsa da avtomaşınlar toqquşmuşdur; X6 izahatında görünür ki, xx.xx.2025-ci il tarixdə 16:30-da idarə etdiyi VAZ 2107 markalı maşınla Nardaran qəsəbəsində hərəkətdə olarkən qanunla və icazə verilən yerdən dönərkən anidən qarşısına çıxan VOLKSWAGEN markalı maşını sağ tərəfdən vurmuşdur. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə qırx manat məbləğində cərimə tətbiq edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan 20 yanvar 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, protokol sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və s. göstərilməmişdir. Beləliklə, X4 barəsində Bakı şəhər Sabunçu rayon X16 Şöbəsi tərəfindən qəbul edilmiş 20 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər Sabunçu rayon X16 Şöbəsi tərəfindən qəbul edilmiş 20 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Sabunçu rayon X16 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər Sabunçu rayon X16 Şöbəsi tərəfindən qəbul edilmiş 20 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon X16 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar