Məhkəmə qərarları › İş №3(008)-1089/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1089/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1089/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanova, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, müəyyənetdim: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair MN ******* saylı, 24 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 yabvar 2023-cü il tarixli, 3(103)-182/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3- cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 3(008)-6430/2022 saylı qərarı, həmçinin həmin məhkəmənin hazırkı iş üzrə 28 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında işlərin baxılmağa hazırlanması haqqında qərardadı ləğv edilərək inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının 1-ci bəndindən də görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 158.1, 158.2, 159 – 161, 165, 180, 181.0.2, 206 – 208, 227, 232-1, 290.3 (səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 351-1, 368, 443.1, 525, 590.2 və 592-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri, baş təhqiqatçılar, təhqiqatçılar, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar protokol tərtib etmək səlahiyyətinə malikdir. Həmçinin, həmin siyahının 19-cu bəndinə əsasən Məcəllənin 229, 253-1.1.1 (yaşıllıqların uçota alınmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların uçotu məlumatlarının təhrif edilməsinə münasibətdə), 253-1.1.3, 262, 264.0.3 və 264.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – ekologiya və təbii sərvətlər naziri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X1 Xidmətinin rəisi, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional və rayon (şəhər) ekologiya və təbii sərvətlər orqanının rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasında müvafiq sahəyə cavabdeh dövlət orqanının rəhbəri, onun müavinləri tərəfindən tərtib edilir. Həmin siyahının 20-ci bəndinə əsasən Məcəllənin 262.2.3-cü, 262.3-cü və 263-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol "xxxx" Açıq Səhmdar Cəmiyyəti adından – Cəmiyyətin sədri, onun müavinləri, hüquq departamentinin rəhbəri tərəfindən tərtib edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına Daxili İşlər Nazirliyi daxil edilməmişdir. Bununla yanaşı, inzibati orqanın təqdim etdiyi bütün sənədlər (inzibati xəta haqqında protokol belə) kserosurət olmaqla əsilləri iş materiallarında mövcud olmamışdır. Beləliklə, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildiyindən və protokol və digər sənədlər düzgün tərtib edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar