Məhkəmə qərarları › İş №3(008)-1091/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1091/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1091/2020 10.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, X2 tərəfindən Bakı şəhər Sabunçu RPİ 14-cü PB-nin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Sabunçu RPİ 14-cü PB-nin sahə rəisi Ramin Orucov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərara əsasən X2 xx.xx.2020-ci il tarixdə xüsusi karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. X2 həmin qərardan şikayət vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ 14-cü PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ 14-cü PB-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 “X5” MMC-də işləyir. xx xxxxx 2020-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin sahə rəisi Ramin Orucov tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Cərimə edilməyinin səbəbi icazə olmadan epidemiya qaydalarını pozmağı göstərilmişdir. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə rəsmi olaraq “icaze.e-gov.az” saytında qeydiyyata alınmışdır. İcazənin müddətinin başlama tarixi xx.xx.2020-ci il, bitmə tarixi xx.xx.2020-ci il tarixidir. Həmçinin işlədiyi müəssisə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilən sahə olması, protokol tərtib olunduğu zamanı karantin rejimi vaxtı tələb olunan bütün sənədləri-şəxsiyyət vəsiqə və iş yerindən arayışı üstündə olmuş, dərhal həmin sənədləri polis əməkdaşına təqdim etmişdir. Ancaq polis əməkdaşı tərəfindən həmin sənədlər nəzərə alınmayıb və onun barəsində cərimə tətbiq edilib. Bütün bunlara əsasən polisin tərtib etdiyi protokol və qəbul edilmiş qərar hər bir halda əsassız və qanunsuzdur. Sosial vəziyyəti ağır olduğundan həmin cəriməni ödəməyə heç bir halda imkanı yoxdur. Belə ki, onun icazə arayışının olmasına baxmayaraq əsassız olaraq protokol tərtib olunaraq barəsində qanunsuz olaraq qərar qəbul edilmişdir. Şikayətinin təmin olunmasını xahiş edilmişdir. Beləliklə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırda koronavirus infeksiyasının zəminində yaranan xüsusi şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil vətəndaşlarımızın və bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları görülən işlərə dəstəyi vacibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün Q.Q.Məcidov tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmadı. Beləliklə də inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X1 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar