Məhkəmə qərarları › İş №3(008)-1092/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1092/2023

18.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1092/2023 18.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs – Şəxs iştirakı ilə, Şəxs: xx.xx.1996-cı il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Lerik rayonu, Laman kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin sahə rəisi, polis mayoru Nadir Vəliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* inzibati xəta haqqında protokollarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ramana qəsəbəsi, Daş karxanası, Al marketin yaxınlığında polis əməkdaşları xidmət aparan zaman X2 yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədləri göstərməyi bildirdikdə o səs küy salaraq, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesiklik göstərmişdir. Daha sonra aparılmış müayinələr zamanı narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Məhkəmədə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nadir Vəliyev inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ramana qəsəbəsi, Daş karxanası, Al marketin yaxınlığında polis əməkdaşları xidmət aparan zaman X2 yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədləri göstərməyi bildirdikdə o səs küy salaraq, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesiklik göstərmişdir. Daha sonra aparılmış müayinələr zamanı narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Bu səbəbdən də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən, X3 Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahatında törətdiyi əməli səmimi etiraf edərək, narkotik vasitə istifadəçisi olduğunu, lakin müalicə olunmaq istədiyini bildirdi. Törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirirək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirilən hal hesab olunur. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs X3 izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, X4 qanunsuz olaraq narkotik vasitə istehlak etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran hallarının olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar