Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1094/2020 10.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Şikayətçi İsmayılov Zöhrab Əsgər oğlunun iştirakı ilə, xx xxxxxx 1963-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İsmayılov Zöhrab Əsgər oğlu tərəfindən Bakı şəhər Sabunçu RPİ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Sabunçu RPİ inspektoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərara əsasən İsmayılov Zöhrab Əsgər oğlu xx.xx.2020-ci il tarixdə xüsusi karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. İsmayılov Zöhrab Əsgər oğlu həmin qərardan şikayət vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİnin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs İsmayılov Zöhrab Əsgər oğlu bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 11:03 radələrində idarə etdiyi **-VT-*** dövlət qeydiyyat nişanlı “MersedesBenz C180” markalı minik avtomobili ilə Bakı şəhərinin Sabunçu rayonu ərazisində Sabunçu dairəsi adlanan yerdə “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin reimlərinin” tələblərinin pozulması əsası ilə Bakı şəhəri Sabunçu RPİ-nin polis baş leytenantı X1 tərəfindən saxlanılmış və barəsində inzibati protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə onun iştirakı olmadan araşdırma aparılaraq Bakı şəhəri Sabunçu RPİ-nin polis leytenantı X2 tərəfindən barəsində İnzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, özü 1-ci qrup əlilidir. Həmin gün, yəni xx xxxxx 2020-ci il tarixdə səhər ağrıları şiddətləndiyindən ağrıkəsici dərmanlar almaq üçün Zabrat qəsəbəsində olan aptekə gedirdi. Onu polis əməkdaşları saxladıqda yadına düşmüşdür ki, “8103”-ə icazə almaq üçün SMS göndərmək yadından çıxıb. Bu barədə polis əməkdaşlarına bildirsə də, onlar bunu nəzərə almadılar. Hesab edir ki, barəsində yazılan həmin qərar əsassızdır. Onun əlil olmağı, sağlamlığı nəzərə alınmalı idi və ona cərimə tənbehi verilməməli idi. Şikayətinin təmin olunmasını xahiş edir. İsmayılov Zöhrab Əsgər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarla təsdiq olunur. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən qərarın 1.4-cü bəndində göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırda koronavirus infeksiyasının zəminində yaranan xüsusi şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil vətəndaşlarımızın və bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları görülən işlərə dəstəyi vacibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün Z.Ə.İsmayılov tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmadı. Beləliklə də inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, İsmayılov Zöhrab Əsgər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və İsmayılov Zöhrab Əsgər oğlunun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair İsmayılov Zöhrab Əsgər oğlunun şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1094/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1094/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver