Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1097/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-ci il tarixdə törətdiyi inzibati xəta barəsində Bakı şəhəri DYPİ YPX əməkdaşı X1 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqına protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:50 radələrində Bakı şəhəri, H.Əliyev prospektində 323-də “Chevrolet Cruze minik» markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılımış, yoxlama zamanı məlum olmuşdur ki, sürücü avtomobili sərxoş halda idarə etmişdir. Məhkəmədə barəsində inzibati inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, “Chevrolet Cruze minik” minik markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində “Chevrolet Cruze minik” markalı, 77- PX-152 dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, H.Əliyev prospektində 323-də hərəkət edən zaman yol polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt onun axtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə Bakı şəhər BPİ-nin X3 İdarəsinin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəməyə gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında çıxarışdan görünür ki, Şəxs 0,035 faiz spirtli içkinin təsiri altında avtomobili idarə etməsi müyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cı il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:47 radələrində Bakı şəhəri, H.Əliyev prospektində 323-də “Chevrolet Cruze minik» markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, sürücü avtomobili sərxoş halda idarə etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu, xx.xx.2023-cü il tarixli, 00269 saylı sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında çıxarışı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, hadisə vaxtı xx.xx.2023-cı il tarixli, 00269 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktı ilə Şəxs ayıq vəziyyətdə olması sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məjəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra orqanının səlahiyyətinə aid olduğundan hazırki iş üzrə onun AR İXM-nin 329.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddənin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-1097/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1097/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver