Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1111/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Səfərlinin katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 14 fevral 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 yanvar 2023-cü il tarixdə, saat 07:40 radələrində etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı, **-CF- *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Babək küçəsində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamamış, manevr qaydasını pozub qarşısında işıqforda dayanmış vəziyyətdə olan “Hyundai Santafe” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, sonra idarəetməni itirərək sürüşüb yolun sol hissəsinə çıxaraq yolda gedən piyada Zərərçəkmiş şəxs çırpılmış, nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, hadisə günü avtomobilini idarə edərkən ondan sağ tərəfdə olan Hyudai markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobili vurmuş, yol buzlu olduğundan onun avtomobili sürüşərək yolun kənarı ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs dəymişdir. Sonra həmin avtomobilin sürücüsü ilə birlikdə zərərçəkmiş şəxsi xəstəxanaya aparıb rentgen etdikdən sonra Hyundai markalı avtomobilin sürücüsü onları hadisə baş verən yerə qaytarmış və işinin olduğunu bildirərək getmişdir. Bundan sonra o, təqsirli olmasa da, zərərçəkmiş şəxsdən narahat qaldığından ona nömrəsini vermiş, bir dəfə evinə getmiş və ona dərmanlar almışdır. Xahiş edir ki, hadisənin onun təqsiri olmadan baş verməsi nəzərə alınmaqla ədalətli qərar qəbul edilsin. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs hadisədə Şəxs təqsirinin olmadığını, Hyudai markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs idarə etdiyi Kia Rio markalı dəyməsi və bu səbəbdən də avtomobilin sürüşməsi səbəbindən həmin avtomobilin ona dəydiyini, hadisədən sonra Hyudai markalı avtomobilin sürücüsünün Elmirlə birlikdə onu xəstəxanaya aparıb hadisə yerinə qaytardıqdan sonra bir dəfə də olsun onunla maraqlanmamışdır.Hadisə Hyudai markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmə səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün tədbirlərin görülməsi məqsədi ilə toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 24 yanvar 2023-cü il tarixli, 140 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilmiş 11 yanvar 2023-cü il tarixə və şəraitə uyğun gəlir, yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 yanvar 2023-cü il tarixdə, saat 07:40 radələrində etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Babək küçəsində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamamış, manevr qaydasını pozub qarşısında işıqforda dayanmış vəziyyətdə olan “Hyundai Santafe” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, sonra idarəetməni itirərək sürüşüb yolun sol hissəsinə çıxaraq yolda gedən piyada Zərərçəkmiş şəxs çırpılmış, nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də zərərçəkmiş şəxsin izahatları ilə yol-nəqliyyat hadisəsinin “KİA RİO” markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 təqsiri nəticəsində baş verməməsi, hadisənin “Hyundai Santafe” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün onun idarə etdiyi avtomobili vurması nəticəsində baş verməsi müəyyən edilmişdir. Məhkəmənin diqqətini çəkən məqamlardan biri də ondan ibarətdir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol “KİA RİO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 barəsində tərtib olunmasına baxmayaraq hadisə yerinə baxış protokollarına yalnız “Hyundai Santafe” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri əlavə edilmiş, KİA RİO” markalı avtomobilin fotoşəkillərinə iş materiallarında rast gəlmək mümkün olmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokolda Şəxs 11 yanvar 2023-cü il tarixdə, saat 07:40 radələrində etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Babək küçəsində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamaması, manevr qaydasını pozub qarşısında işıqforda dayanmış vəziyyətdə olan “Hyundai Santafe” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması, sonra idarəetməni itirərək sürüşüb yolun sol hissəsinə çıxaraq yolda gedən piyada Zərərçəkmiş şəxs çırpılması göstərilsə də, məhkəmə iclasında iştirak edən zərərçəkmiş inzibati xəta haqqında protokolun düzgün tərtib edilmədiyini, əksinə “Hyundai Santafe” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin KİA RİO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq yol buzlu olduğundan həmin avtomobili sürüşərək ona dəyməsinə səbəb olduğunu bildirmişdir. Göründüyü kimi, Şəxs AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirli olması, yəni zərərçəkmiş şəxsi aldadaraq pul vəsaiti əldə etməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, əksinə təkzib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1111/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1111/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver