Məhkəmə qərarları › İş №3(008)-1120/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1120/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1120/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Səfərlinin katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X4 Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2655/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası X2 himayəsində saxlanılmağı və Şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 mart 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin Şəxs məhkəmə qətnaməsini icra etməyərək, icra sənədi üzrə yaranmış aliment borcunu ödəməkdən yayınmışdır. Bununla əlaqədar Şəxs barəsində Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru tərəfindən 22 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X5 xx.xx.2020-ci il tarixli AR-İİ 175654 nömrəli etibarnamə üzrə nümayəndəsi X6 zərərçəkmiş şəxsin adından Sabunçu rayonu İcra Şöbəsinə ünvanladığı ərizədə barəsində inzibati icraat olan Şəxs ilə razılaşdığını, sonuncuya məxsus olan ev və torpaq sahəsinin uşaqlarının adına rəsmiləşdiriləcəyini qeyd etmişdir. Bu səbəbdən 2-3 ay müddətində icra vərəqəsinin icrasını təxirə salmağı və görüləcək bütün tədbirləri ləğv etməyi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən böyük icra məmuru 22 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi və icra məmurunun mövqeyini dinləyib, iş materiallarını araşdıraraq Şəxs barəsində Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar