Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1124/2021 04.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs Tağıyev Azər Məmmədtağı oğlunun iştirakı ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Saatlı şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan- Tağıyev Azər Məmmədtağı oğlunun Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X4 xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibat tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tağıyev Azər Məmmədtağı oğlu Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Vİ Tağım YPX inspektoru polis leytenantı Şıxıyev Nurəddin Mirbəkir oğlunun 10 yanvar 2021-ci il tarixli TP ******* saylı qərarının ləğv olunması və “99- MX- 474” dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük avtomobilinin sürücüsü Qafarzadə Asəf Ramiz oğlunun məsuliyyətə cəlb olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Tağıyev Azər Məmmədtağı oğlu izahatında bildirdi ki, DİN-in BDYPİ-nin Vİ TAĞİM YPX inspektoru polis leytenantı N.M.Şıxıyev tərəfindən xx xxxxxx 2021-ci il tarixdə onun barəsində İXP ******* saylı protokol və dərhal da TP ******* saylı İXM-in 346.1 -ci maddəsi ilə (Dayanma və ya durma qaydalarını pozmağa görə) qərar qəbul edilmişdir. Bundan başqa sərnişin V.A.Sarxanov barəsində də xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol və dərhal da TP ******* saylı İnzibati Xətalar Məcəlləsinin 338.3cü maddəsi ilə (Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına görə) qərar tərtib edilmişdir. O, özünə məxsus olan “** HK ***” dövlət qeydiyyat nişanlı «Toyota Camry» avtomobili ilə xx xxxxxx 2021-ci il tarixində axşam saat 18:00 radələrində Ələt istiqamətindən Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən Bakı- Qazax yolunun 47.5-ci km-də yerləşən 719 saylı DYP-nin stasionar postunu keçərək yolun hərəkət olmayan sağ çiyinində saxlamışdır. Avtomobili saxladığı yerdə 8-9 metr arxa tərəfdə sürücüsü A.R.Qafarzadədə olan “** MX ***” dövlət qeydiyyat nişanlı “Mersedes- Benz” markalı yük avtomobilidə dayanmışdı. O avtomobili dayandırdıqdan sonra arxa oturacaqda oturan sərnişin V.A.Sarxanov qapını açaraq aşağı düşmək istədi. O, avtomobilin qapısını bir az açıb özünü düşmək üçün hazırlayarkən arxadakı yük avtomobili onun avtomobilinə tərəf hərəkətə başladı. Bu vaxt o yola çıxaraq hərəkət etməyə başlayarkən avtomobili yük hissəsinin orta hissəsi ilə onun avtomobilin açılmış arxa qapısını əzərək ziyan yetirdi və o avtomobili saxlamışdır. YPX inspektoru onu dayanma və ya durma qaydalarını, V.A.Sarxanovu isə nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına görə cərimə etmişdir. Ona istinad olunan xətanı nə qəsdən, nə də ehtiyatsızlıqdan pozmamışdır. O inzibati xəta törətməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozmamışdır. Hər iki protokol və qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq, şikayətinin təmin olunmasını xahiş edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmin Qanunun l-ci maddəsinə əsasən yol çiyini dedikdə-yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, «yol çiyini» digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarı başa düşülür. Avtomobili yolun hərəkət olmayan sağ çiyinində saxlamışdır. Arxa qapını açarkən də arxadan başqa avtomobilin gəlib-gəlməməsini yoxlamışlar. Lakin, qapı 20-30 sm açıldıqdan sonra arxadakı yük avtomobili hərəkətə başlayaraq gəlib qapını əzmişdir. Həmin yerdə avtomobilinin dayandırılması qanunsuz olmadığından orada sərnişin V.A.Sarxanovun da avtomobildən düşməsi qanunsuz olmamışdır. Göründüyü kimi, baş vermiş hadisənin, yəni mənə dəymiş əmlak ziyanının yaranma səbəbi yuxarıda qeyd olunanlar deyil. Baş vermiş hadisənin, yəni dəymiş əmlak ziyanının yaranma səbəbi “** MX ***” dövlət qeydiyyat nişanlı «Mersedes-Benz» markalı yük avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozması olmuşdur. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36. l-ci maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37.1.5-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yer dəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Hadisə yerini qeydə alan videogörüntüdən göründüyü kimi, “** MX ***” dövlət qeydiyyat nişanlı «Mersedes-Benz» markalı yük avtomobilinini sürücüsü qanunun yuxarıda qeyd olunan heç bir tələbinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Buna baxmayaraq YPX inspektoru “** MX ***” dövlət qeydiyyat nişanlı «Mersedes- Benz» markalı yük avtomobilinin sürücüsünü yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətə cəlb etməmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsi dinləyib, təqdim olunmuş sübutları və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət qismən olunmalıdır. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə-iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Tağıyev Azər Məmmədtağı oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 346.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə, barəsində qərar çıxarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzabati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, 10 yanvar 2021-ci il tarixli, TP ******* saylı qərar ləğv olunmalı, baş vermiş hadisə barədə yenidən araşdırma aparılmalı, protokol və qərar tərtib olunması üçün iş üçün əhəmiyyətli hallar araşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Tağıyev Azər Məmmədtağı oğlunun barəsində qəbul edilmiş 10 yanvar 2021-ci il tarixli, TP ******* saylı qərar ləğv olunsun, inzibati xəta haqqında protokol yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1124/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1124/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver