Məhkəmə qərarları › İş №3(008)-1140/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1140/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1140/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 11-də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Əliyev X7 rayonu, Zabrat qəsəbəsi istixana kombinatı R.Göyüşov küçəsi ev 052 ünvanında yaşayan vətəndaş X3 xx.xx.2025-ci il tarixdə 15-ci polis bölməsinə ərizə ilə müraciət edərək 18-xx.xx.2025-ci il tarixdə işlədiyi "OBA" marketə müştəri qismində daxil olan şəxsin oradan ümumi dəyəri 45 AZN olan "Vesqold" yağını, ünvan 2 ünvanında yaşayan vətəndaş X4 xx.xx.2025-ci il tarixdə 15-ci polis bölməsinə ərizə ilə müraciət edərək 18-xx.xx.2025-ci il tarixdə işlədiyi "OBA" marketə müştəri qismində daxil olan şəxsin oradan ümumi dəyəri 34 AZN olan "Vesqold" yağını, ünvan 3 ünvanında yaşayan vətəndaş X13 xx.xx.2025-ci il tarixdə 15-ci polis bölməsinə ərizə ilə müraciət edərək 18xx.xx.2025-ci il tarixdə işlədiyi "OBA" marketə müştəri qismində daxil olan şəxsin oradan ümumi dəyəri 250 AZN olan "Vesqold" yağlarını oğurlamışdır. Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 15-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən 12 fevral 2025-ci il tarixli, MN ******* saylı, 12 fevral 2025-ci il tarixli MN ******* saylı və 12 fevral 2025-ci il tarixli MN ******* saylı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, maddi baxımdan pula ehtiyacı olduğu üçün yağları oğurlamışdır. Oğurladığı məhsulları Maştağa qəsəbəsində ayrı-ayrı tanımadığı şəxslərə 29 və 40 manata satmışdır. Əldə etdiyi pulları xərcləmişdir. Törətdiyi əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcək. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Sabunçu RPİ-nin 15-cü Polis Şöbəsinin baş təhqiqatçısı Anar Kərimov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur; Sabunçu rayon Polis İdarəsinin 15-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən 12 fevral 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Əliyev X7 rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı R.Göyüşov küçəsində ev 52-də yerləşən “OBA” marketdən 18-xx.xx.2025-ci il tarixlərdə ümumi dəyəri 45 manat olan “Vesdqold” yağını oğurlamışdır. xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tədbir görülməsi üçün inzibati qaydada icraat açılmışdır. xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, Ruslan Göyüşov küçəsi, eb 052-də yaşayan X3 xx.xx.2025ci il 15-ci PB-yə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixlərdə işlədiyi "OBA" marketdən hər dəfəsində bir ədəd "Vesqold" kərə yağının oğurlandığını bildirmişdir. Hadisə nəticəsində vətəndaşa 45 manat maddi ziyan dəymiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 15-cü Polis Şöbəsinin baş təhqiqatçısı Anar Kərimov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur; Sabunçu rayon Polis İdarəsinin 15-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən 12 fevral 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Əliyev X7 rayonu, Zabrat qəsəbəsi, X10 Vəliyev küçəsində ev 30-da yerləşən “OBA” marketdən 18xx.xx.2025-ci il tarixlərdə ümumi dəyəri 34 manat olan “Vesdqold” yağını oğurlamışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 15-cü Polis Şöbəsinin baş təhqiqatçısı Faiq Bədəlov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur; Sabunçu rayon Polis İdarəsinin 15-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən 12 fevral 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Əliyev X7 rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı R.Göyüşov küçəsində yerləşən “OBA” marketdən xx.xx.2025-ci il tarixlərdə ümumi dəyəri 250 manat olan “Vesdqold” yağını oğurlamışdır. xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş X3 xx.xx.2025-ci il tarixdə 15-ci polis bölməsinə ərizə ilə müraciət edərək 18-xx.xx.2025-ci il tarixdə işlədiyi "OBA" marketə müştəri qismində daxil olan şəxsin oradan ümumi dəyəri 45 AZN olan "Vesqold" yağını, ünvan 2 ünvanında yaşayan vətəndaş X4 xx.xx.2025-ci il tarixdə 15-ci polis bölməsinə ərizə ilə müraciət edərək 18-xx.xx.2025-ci il tarixdə işlədiyi "OBA" marketə müştəri qismində daxil olan şəxsin oradan ümumi dəyəri 34 AZN olan "Vesqold" yağını, ünvan 3 ünvanında yaşayan vətəndaş X13 xx.xx.2025-ci il tarixdə 15-ci polis bölməsinə ərizə ilə müraciət edərək 18-xx.xx.2025-ci il tarixdə işlədiyi "OBA" marketə müştəri qismində daxil olan şəxsin oradan ümumi dəyəri 250 AZN olan "Vesqold" yağlarını oğurladığını bildirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətmiş ünvan 4 ünvanında yaşayan Şəxs saxlanılaraq 15-ci polis bölməsinə dəvət olunmuşdur. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 fevral 2025-ci il tarixdə, saat 14:30-da tutulmuşdur. Əlavə edilmiş Şəxs izahatlarından görünür ki, törətdiyi əməlləri etiraf edərək oğurladığı yağları ayrı-ayrı tanımadığı şəxslərə satmasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs ayrı-ayrı vaxtlarda üç dəfə eyni əməli törətmiş, dəymiş ziyanı ödəməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «11» fevral 2025-ci il tarixdən, saat 14:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 11 fevral 2025-ci il tarixdən, saat 14:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar