Məhkəmə qərarları › İş №3(008)-1141/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1141/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1141/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclas katibi Şahbazlı Aynur Qılınc qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru polis mayoru Ceyhun Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəsulov Vüsal Nizami oğlunun iştirakları ilə 26.07.1991-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi fəaliyyətlə məşğul olan, Bakı şəhəri, Sabunçu qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ev 3, mənzil 55 - Rəsulov Vüsal Nizami oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Rəsulov Vüsal Nizami oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında 12 fevral 2025-ci il tarixli MN 1974242 saylı protokol tərtib olunaraq baxılması üçün 12 fevral 2025-ci il tarixli MN 0481519 saylı Qərardadla Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis kapitanı izahatında göstərmişdir ki, Rəsulov Vüsal Nizami oğlu 10.02.2025-ci il tarixdə, saat 20:00 radələrində xırda xuliqanlıq hərəkətləri edərək Bakı şəhəri Sabunçu Rayon Yol Patrul Xidmətinin əməkdaşlarının qanuni göstərişlərinə qəsdən tabe olmadığı üçün, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 10.02.2025-ci il tarixdə, saat 20:30 radələrində xidməti maşın ilə 14-cü polis şöbəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəsulov Vüsal Nizami oğlu özünü təqsirli bilməyərək, yol polis əməkdaşlarının onu saxladığını və yol hərəkət qaydasını pozduğunu bildirmişdir, o isə həmin görüntünün ona təqdim edilməsini istəmişdir. Yol polis əməkdaşı görüntünü təqdim etməmiş, bu səbəbdən də aralarında mübahisə yarandığını, baş və çiyin nahiyələrindən yol polis əməkdaşının onu vurduğunu demişdir. Bu zaman Rəsulov Vüsal Nizami oğlu 102 qaynar xəttinə məlumat vermək istəmiş, lakin yol polis əməkdaşı ona icazə verməmiş buna görə də 2-ci dəfə yenidən 102 qaynar xəttinə məlumat vermişdir. Məhkəmə iclasında yol polis əməkdaşı Məmmədov Fuad Yaqub oğlu məhkəmə iclasında çıxış edərək, 10.02.2025-ci il tarixdə Rəsulov Vüsal Nizami oğlunu yol hərəkət qaydalarını pozduğu üçün saxladığını və ona pozuntu etdiyini dediyini bildirmişdir. Rəsulov Vüsal Nizami oğlu yol polis əməkdaşlarına qarşı təzyiq göstərmiş özünü avtomobilin altına atmaqla hədələmişdir. Buna görə də o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilmişdir, onlar da xidməti maşına əyləşdirərərək onu 14-cü polis şöbəsinə aparıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş 12 fevral 2025-ci il tarixli MN seriyalı 1974519 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Rəsulov Vüsal Nizami oğlu 10 fevral 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Rəsulov Vüsal Nizami oğlu 10 fevral 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Rəsulov Vüsal Nizami oğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Rəsulov Vüsal Nizami oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Rəsulov Vüsal Nizami oğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Rəsulov Vüsal Nizami oğlunun döyülməsi ilə bağlı araşdırma aparılması üçün Bakı şəhər Sabunçu Rayon Prokurorluğuna məlumat verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar