Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1146/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsi X14, Hüquqi şəxs Şəxs nümayəndəsi X6 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin məsləhətçi-əmək müfəttişi X15 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 05 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 05 fevral 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11, X26, X16, X3, X4, X12, X17 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X10 protokola etiraz edərək bildirmişdir ki, aşağıda göstərilən əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Belə ki, inzibati orqan tərtib etdiyi protokolu əsaslandırmağa çalışarkən qeyd edir ki, “bu fakt Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatları ilə təsdiq edilir”, lakin inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş hansı məlumatlar əsasında sözügedən şəxslərin işlərin icrasına cəlb edilməsi qənaətinə gəldiyini qeyd etmir. Çox güman ki, inzibati orqan Şəxs MMC tərəfindən bu şəxslərə Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş aldığı icazələr əsasında bu şəxslərin Şəxs MMC tərəfindən əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin icrasına cəlb edilməsi qənaətinə gələrək sözügedən Protokolu tərtib etmiş və baxılması üçün Məhkəməyə göndərmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarında fəaliyyət göstərən Şirkətlər işçilərinə Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazələrinin əldə edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur üzrə müvafiq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarına müraciət edir, həmin işçilərin əmək müqavilələrinə xitam verildikdə isə, sözügedən icazələrin ləğvi ilə bağlı həmin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarına məlumat göndərir. Yəni, Qarabağ və Şərqi Zəngəzur rayonlarında fəaliyyət göstərən heç bir şirkət şəxsən yaradılmış portala daxil edib işçilərinə icazələrini ala və ya icazələrinin ləğv edə bilmir. Portalda icazələrin alınması və icazələrin ləğv edilməsi səlahiyətləri yalnız müvafiq rayon üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarına məxsusdur. Məhkəmə bildirişi “FRİEND" MMC-nə daxil olduqdan sonra tərəflərindən araşdırma aparılmış və məlum olmuşdur ki, X11, X27, X16, X3, X4, X12, X7 əmək müqavilələrinə 17 yanvar 2025-ci il tarixdə öz xahişləri ilə xitam verilmişdir. Bundan sonra onların heç biri əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X23 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X11, X27, X16, X3, X4, X12, X17 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirmişdir ki, Qarabağ ərazisində Şəxs MMC-də əmək müqaviləsinə əsasən yanvarın 17-dək işləmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən başqa yəni, əmək müqaviləsi olmadan Şəxs MMC-də işlərə cəlb edilməmişdir. Hazırda əmək müqaviləsi əsasında "başqa şirkətdə işləyir. Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, 17 yanvar 2025-ci il tarixədək əmək müqaviləsi əsasında Şəxs MMC-də işləmişdir. Sonradan başqa bir iş tapdığı üçün işdən çıxmışdır. Şəxs ilə bağlı hər hansı bir şikayəti yoxdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Qarabağ ərazisində Şəxs MMC-də əmək müqaviləsinə əsasən 17 yanvar 2025-ci il tarixədək işləmişdir. Yanvarın 17-si işdən çıxdıqdan sonra əmək müqaviləsi olmadan Şəxs MMC-də işlərə cəlb edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18, X27, X12, X17 digər şahidlərin izahatına oxşar məzmunlu izahatar verərək əmək müqavilələrinə xitam verildiyi tarixdən sonra əmək müqaviləsi olmadan Şəxs MMC-də işlərə cəlb edilmədiklərini göstərmişlər. İş materiallarında ola və məhkəmə iclası zamanı tədqiq edilmiş: Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X5 əmək müqaviləsinə 23 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 23 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, xx.xx.2025-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X1 əmək müqaviləsinə 17 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 17 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, xx.xx.2025-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X7 əmək müqaviləsinə 17 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 17 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, xx.xx.2025-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X22 əmək müqaviləsinə 17 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 17 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, xx.xx.2025-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X2 əmək müqaviləsinə 17 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 17 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, xx.xx.2025-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X8 əmək müqaviləsinə 17 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 17 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, xx.xx.2025-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X9 əmək müqaviləsinə 17 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 17 yanvar 2025-ci il tarixdə imzalanmışdır; İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, 05 fevral 2025-ci il tarixli protokolda Şəxs MMC tərəfindənDaxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X11, X26, X16, X3, X4, X12, X7 müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilsə də, həmin şəxslərin konkret olaraq hansı tarixlərdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin in inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X19 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni Şəxs MMC tərəfindən icazəsiistənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara əmək müqavilələrinə xitam verildikdən sonra gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, Şəxs MMC tərəfindənorada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X11, X26, X16, X3, X4, X12, X17 yuxarıda qeyd edilən məzmunda izahatlar verərək Şəxs MMC tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilmədiklərini bildirmişlər. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 05 fevral 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs MMC tərəfindən protokolda adları qeyd edilən şəxslərin hansı tarixlərdə əməyə cəlb edilməsi göstərilməmiş, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXMnin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1146/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1146/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver